Şirvanda YAP-nın yaranmasının 30 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. -Fotolar
Tarix: 11-11-2022 | Saat: 15:59
Bölmə:Parlament | çapa göndər
Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası keçirilib.
aia.az xəbər verir ki,aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının məsul əməkdaşları və fəallları iştirak edib
Aksiya zamanı 300-ə qədər şam ağacı əkilib. Əkilən ağaclara lazımi aqro-texniki qulluq göstərilməklə suvarılıb və dayaqlarla bərkidilib.
Ağac əkilən əraziyə “Yeni Azərbaycan Partiyası bağı” adının verilməsi təklif olunub.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ərəfəsində ölkədə müxtəlif tədbirlər keçirilir. Ekoloji tarazlığın qorunub saxlanılması üçün yaşıllıq sahələrinin artırılması da bu tədbirlərdəndir. Bugünkü ağacəkmə aksiyası partiyanın cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verdiyini bir daha sübut edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025