Mobil versiya
Bizim bayrağımız qürur mənbəyimizdir!
Tarix: 10-11-2022 | Saat: 16:09
Bölmə:Seçki 2024 | çapa göndər

Bizim bayrağımız qürur mənbəyimizdir!

Müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq millətin və xalqın dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncam ilə artıq 13-cü ildir ki, Azərbaycanda 9 Noyabr - Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu Prezident İlham Əliyevin müqəddəs bayrağımıza və tarixi keçmişimizə dövlət səviyyəsində olan diqqətinin ən yüksək göstəricisidir. Bu gün ehtiram göstərdiyimiz müqəddəs üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Bəli, xalqın milli müstəqilliyinin real mahiyyət və məzmunu onun dövlət rəmzlərində əksini tapır. Odur ki, hər ölkənin bayrağı onun tarixinin, kimliyinin, mədəniyyətinin rəmzlərinin daşıyıcısıdır. Dövlət bayrağına hörmət və ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Ölkəmizin guşələrində yaradılan bayraq meydanları dövlət atributumuza olan sevgi və hörmətin göstəricisidir. Bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağımız artıq iki ildir ki, doğma Qarabağımızda qürurla dalğalanır. Üçrəngli bayrağımız “Bizim bayrağımız qürur mənbəyimizdir” deyən Prezident İlham Əliyevin müdrik siyasəti, xalqın iradəsi və rəşadətli ordumuzun qüdrəti sayəsində 30 il erməni işğalında inləyən torpaqlarımızda vüqarla dalğalanaraq dostlarımızı sevindirir, düşmənimizi xar edir, dövlətimizin varlığını, onun əzəmətini və gücünü, bütün dünyaya nümayiş etdirir.
Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir.

Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024