Dövlət Bayrağı hər bir azərbaycanlı üçün müqəddəs dövlətçilik rəmzlərindən biridir
Tarix: 09-11-2022 | Saat: 13:05
Bölmə:Siyasət | çapa göndər

Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət bayrağı günü kimi qeyd edilir. Artıq ikinci ildir ki, xalqımız bu tarixi əhəmiyyət kəsb edən günü qalib xalq, qalib ölkə olaraq qeyd edir. 2020-ci ilin 27 sentyabr tarixindən, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Şanlı Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığı gündən etibarən hər yeni gün müqəddəs üçrəngli bayrağımız azad olunmuş növbəti ərazidə dalğalanmağa başladı. Bu proses 44 gün ərzində davam etdi. Nəhayət 2020-ci ilin noyabr ayının 10-da Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsilə başa çatdı və bu gün Dövlət bayrağımız artıq ölkəmizin bütövlüyü bərpa olunmuş bütün ərazisində, hər bir şəhər və rayonumuzda, qəsəbə və kəndimizdə əzəmətlə dalğalanır. Ulu Öndər Heydər Əliyev xalqın milli birliyə gəlməsi baxımından Dövlət bayrağının xüsusi önəmini vurğulayaraq belə demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Azərbaycan xalqının müqəddəs bayrağımızın altında, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində yaranmış dəmir yumruq da düşməni məhv etdi, ölkənin ərazi bütövlüyünü təmin etdi.
Qeyd etmək lazımdır ki, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Şərqin ilk demokratik respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025