Mobil versiya
İnamlı qələbə və ədalətli müharibə.
Tarix: 07-11-2022 | Saat: 22:48
Bölmə:Özəl / Parlament | çapa göndər

İnamlı qələbə və ədalətli müharibə.

Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı Vətən görmüşəm.
Zəfər güllərini dövri qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdi,bayraq kimliyim.
Bayraq,öz yurduma öz hakimliyim.

Dalğalan,dalğalan ey Azərbaycan bayrağı,Qarabağ səmasında dalğalan.Dalğalan ki,Şəhidlərimizin ruhu şad olsun.Dalğalan ki,30 ilə yaxın Vətən həsrəti çəkən xalqımın könlünə sevinc dolsun.

Bəli,artıq 2 ildir ki,Şanlı Azərbaycan bayrağı Qarabağ torpağında dalğalanır.2 ildir ki,biz öz arzumuza çatmışıq.Biz Qarabağımıza qovuşmuşuq.İllərlə arzusunda olduğumuz Qarabağa.
Biz hər zaman inanırdıq.Bilirdik ki,bir gün mütləq bu həsrət sona yetəcək.Sözümüzün əvvəli də ,sonu da bir gün Qarabağda olmaq diləyi idi.Sadəcə biz müharibə istəmirdik.Qan tökülsün istəmirdik.Bu münaqişənin sülh yolu ilə həll olmasını gözləyirdik.Çünki Qarabağ bizim əzəli-əbədi torpağımızıdır və niyə düşmən tapdağında qalmalı idi?!Qarabağ Azərbaycana qaytarılmalı idi!
Cənab Prezident İlham Əliyev hər zaman çağırışlar etdi.Dəfələrlə Ermənistan tərəfini bu münaqişəni sülh yolu ilə həll etməyə çağırdı.
Amma bir reallıq vardı...Ermənilər heç bir zaman ,heç bir qayda qanuna tabe olmamışdı.Hər zaman öz vəhşiliyini,vandallığını göstərmişdi.Atəşkəs rejimi olmasına baxmayaraq hər zaman atəşkəsi pozan Ermənistan ,bütün verilən qərarları qulaqardı edərək,öz xain əməlini yeritmişdir.Hər zaman müharibəni sərhəddə deyil,mülkilərlə aparan Ermənistan üçün uşaq ,yaşlı,qadın fərq etməmiş,illərlə öz vəhşiliklərini açıq-aşkar törətməkdən belə çəkinməmişlər.
Bəs ədalət hardaydı?!Xocalı,20 Yanvar,minlərlə yurd-yuvasından çıxarılmış məcburi köçkün varkən ,dünya hara baxırdı?!Niyə göz yumulurdu bu haqsızlığa?!
Bəli artıq hər kəs bundan yorulmuşdu.Bir tərəfdən elindən,obasından ayrı qalmaq həsrəti,digər tərəfdən erməni vəhşiliyinin cavabsız qalması artıq hər bir azərbaycanlının səbrini bitirmişdi.
27 Sentyabr 2020-ci ildə ermənilərin Azərbaycana qarşı törətdikləri növbəti təxribat isə Azərbaycan xalqının səbrini daşıran son damla oldu.Daha geriyə dönuş yox idi.Sülhü gözləməyin də,mənasız olduğunu anlayan xalqım ,Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətəninin müdafiəsinə qalxdı.44gün sürən Vətən müharibəsində “Uğrunda ölən varsa Vətəndir”-deyən igid oğullarımız son damla qanını da Vətənin azadlığı yolunda qurban verməyə hazır idilər.Və 8 noyabr 2020- ci ildə Qarabağın incisi olan Şuşa İşğaldan azad olundu.Artıq hər şeyin sona yaxınlaşdığını görən Ermənistan qorxuya düşmüşdü.Bu qədər pisliyin,haqsızlığın əlbət bir gün cavabı olacaqdı.Artıq Ermənistan üçün hərşey bitmişdi.

10 Noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Azərbaycanın əzəli torpağı olan Qarabağ Azərbaycana qaytarıldı və Vətən Müharibəsi Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Cənab Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi:”Biz bu torpaqları Şəhidlərimizin qanı,Qazilərimizin canı bahasına əldə etmişik.”Şəhidlərimizin ruhu şaddır,çünki Qarabağ artıq azaddır.
Gözün aydın olsun Xalqım.Zəfərin mübarək Azərbaycan.Biz Qələbə çaldıq.Biz haqqımız olanı aldıq!
Qarabağ Azərbaycandır!

Şamama Əmirova
YAP Laçın rayon 35 saylı ƏPT in sədri
Laçın rayon 10 N-li tam orta məktəbin direktoru.
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə