Mobil versiya
Gəncədə ATİAHİ -nın dəstəyi ilə "Fibonacci" intellektual yarışının final mərhələsi keçirilib.
Tarix: 01-11-2022 | Saat: 12:59
Bölmə:Özəl | çapa göndər

Gəncədə  ATİAHİ -nın dəstəyi ilə "Fibonacci" intellektual yarışının final mərhələsi keçirilib.

8 noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə VI-IX sinif şagirdlərinin iştirakıyla "Fibonacci" intellektual yarışının final mərhələsi keçirilib.

Final mərhələsində şagirdlər Gəncə və Naftalan şəhərlərinin, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının hər birinindən 6 nəfərdən ibarət komandalar şəklində yarışıblar.

İntellektual yarışın nəticəsinə əsasən Samux rayon məktəblilərindən ibarət olan "Xarıbülbül" komandası I yerə, Goranboy rayon məktəblilərindən ibarət olan "Mübarizçilər" komandası II yerə, Gəncə şəhər məktəblilərindən ibarət olan "Vətən" komandası III yerə, Daşkəsən rayon məktəblilərindən ibarət olan "Zəfər" komandası isə IV yerə layiq görülüb.

Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə