Ana Sayfa > Özəl > Gəncədə ATİAHİ -nın dəstəyi ilə "Fibonacci" intellektual yarışının final mərhələsi keçirilib.
Gəncədə ATİAHİ -nın dəstəyi ilə "Fibonacci" intellektual yarışının final mərhələsi keçirilib.1-11-2022, 12:59. Yazar: sevinc1 |
8 noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə VI-IX sinif şagirdlərinin iştirakıyla "Fibonacci" intellektual yarışının final mərhələsi keçirilib. Final mərhələsində şagirdlər Gəncə və Naftalan şəhərlərinin, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının hər birinindən 6 nəfərdən ibarət komandalar şəklində yarışıblar. İntellektual yarışın nəticəsinə əsasən Samux rayon məktəblilərindən ibarət olan "Xarıbülbül" komandası I yerə, Goranboy rayon məktəblilərindən ibarət olan "Mübarizçilər" komandası II yerə, Gəncə şəhər məktəblilərindən ibarət olan "Vətən" komandası III yerə, Daşkəsən rayon məktəblilərindən ibarət olan "Zəfər" komandası isə IV yerə layiq görülüb. Elbrus Bağırov aia.az Geri dön |