Mobil versiya
Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi
Tarix: 27-10-2022 | Saat: 18:37
Bölmə:Seçki 2024 | çapa göndər

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir ismarıcdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.Azərbaycan və Türkiyə birlikdə tarix yazır. Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib. Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyinin nümunəvi xarakter daşıyır.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğu və liderlik fenomeni də xüsusi vurğulamaq lazımdır. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər.Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.
Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi ​ Azərbaycan-Türkiyə əbədi birliyi, bu gün Yer üzündə tayı-bərabəri olmayan örnək götürüləsi nümunədir. İki qardaş ölkə hər zaman bir-birinə köməkdir,arxadır, dayaqdır. Bu sarsılmaz birliyin gücünə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu.​ Müharibənin ilk günündən Türkiyə bütün dünyaya "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" xəbərdarlıq mesajını verdi.​ Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi.2020-ci il dekabrın 10-da Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. İki qardaş ölkə möhtəşəm qələbə qürurunu birlikdə yaşadı.
Türkiyənin 44 günlük müharibə zamanı qəti mövqeyi üçüncü qüvvələrin savaşa müdaxiləsinin qarşısını aldı: “Bu gün də Türkiyə Azərbaycana qarşı bütün təhdidlərin qarşısında və Azərbaycanın yanındadır. Ötən il imzalanan Şuşa bəyannaməsi ilə Türkiyə-Azərbaycan birliyi rəsmən bütün dünyaya bəyan edilib. Bəyannamənin müddəalarına əsasən, deyə bilərik ki, bu gün Azərbaycana qarşı formalaşdırılan hansısa təhdid, təhlükə, Türkiyəyə qarşı təhdid və təhlükədir. Cənab Prezident son çıxışında bildirdi ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən ola biləcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırdı. Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olundu.
Zəngəzur dəhlizi dünya və xüsusilə də, region üçün böyük geosiyasi önəm daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.Hər zaman Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə öz dost, kömək əlini uzadır. Bütün çətinliklərə qarşı çiyin-çiyinə mübarizə aparan qardaş ölkələr birgəliklərindən doğan böyük əzmlə də qalib gəlirlər.Bir daha dünyaya bəyan edirlər ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir!

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024