Mobil versiya
Gədəbəy rayonunda YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirildi. -Fotolar
Tarix: 20-10-2022 | Saat: 17:48
Bölmə:Seçki 2024 | çapa göndər

Gədəbəy rayonunda YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirildi.

AİA.Az xəbər verir ki,bu gün- 20.10.2022-ci il tarixdə Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib , abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Gədəbəy rayon Şəhidlər Xiyabanını ziyarət edib ,Şəhid məzarlarının və Şəhidlərin xatirə Kompleksinin önünə gül dəstələri düzüblər.

Tədbir “Heydər Əliyev Mərkəzin”də davam edib.Azərbaycanın Dövlət Himni səsləndirildi, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və​ müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının –Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Cəmiyyətdə böyük nüfuza, siyasi çəkiyə malik, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik ​ fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.

Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının ​ sədri Rüstəm Nağıyev ​ bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. “Azərbaycan xalqı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab ​ Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti ​ tam dəstəkləyir. Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atdığını, zəngin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb.​

Çıxış edən Yeni ​ Azərbaycan Partiyası Nəzarət- Təftiş Komissiyasının sədri, Milli Məclisin Deputatı Sevinc xanım Hüseynova ​ vurğulayıb ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Deputatı Pərvin xanım ​ Kərimzadə ​ çıxışında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib.O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.

44 günlük Vətən müharibəsinin iştirakçısı, Qazi Etibar Əliyev bildirib ki, tarixi​ Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır , hər zaman Vətən üçün müsəlləh əsgər olmağımız bizim üçün ən böyük şərəf hissidir.

Sonda çıxış edən Gədəbəy ​ Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov ​ Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək​ Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı uğurlar qazandırdığını bildirdi: “Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu və xatirə şəkli çəkildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024