Mobil versiya
2020-ci il oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi.
Tarix: 18-10-2022 | Saat: 15:25
Bölmə:Seçki 2024 | çapa göndər

2020-ci il oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi.

Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.
Məlum məsələdir ki, Vətən müharibəsində iştirakına görə xüsusi fərqlənən hərbiçilər müəyyən orden və medallarla təltif olundular.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Zəngilan rayonu Qarabağın cənubunda, İran ilə sərhəddə yerləşir. Ərazisi 707 kvadrat kilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var.
Zəngilan coğrafi ərazi baxımından və strateji cəhətdən əlverişli zonadır. Zəngilanın azad olunması ilə Azərbaycan İranla sərhəddini tam bərpa etdi. Bu Azərbaycan üçün böyük bir uğurdur. Təbii ki, bu qələbə sevincini vermək üçün neçə-neçə igid oğullar şəhid olub. Onların ruhu qarşısında baş əyir, qazilərə Allahdan şəfa diləyirik!

Süleymanlı Rafiq
ADPU



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024