Mobil versiya
Azərbaycan xalqı indi öz qədim tarixinin ən şərəfli dövrünü yaşayır.
Tarix: 18-10-2022 | Saat: 15:18
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan xalqı indi öz qədim tarixinin ən şərəfli dövrünü yaşayır.

Azərbaycan ikinci Qarabağ müharibəsində şanlı zəfər çalmış ölkədir. Belə ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Qarabağ cəbhəsində əldə etdiyimiz parlaq qələbələr nəticəsində düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə belə atılmadan Azərbaycana qaytarmağa məcbur olmuşdur. 
Beləliklə, Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmişdir. Buna görə də  hər il noyabrın 10-u isə Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu, böyük xoşbəxtlikdir. Zərrə qədər şübhə etmirəm ki, Zəfər Günü xalqımızın ən əziz və munis bayramlarından biri olacaq. 
Bəli, Azərbaycan xalqı indi öz qədim tarixinin ən şərəfli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə demişdir ki, müstəqil Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. Bu gün bu böyük arzu möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə artıq çin olmuşdur. Biz çox  xoşbəxt bir xalqıq. İnsan yalnız şərəfli ölkənin vətəndaşı olduğu zaman tam xoşbəxt ola bilər. Biz azərbaycanlılar şərəfli bir dövlətin vətəndaşlarıyıq. 
Hamımızında bildiyi kimi işğal altında olan vaxtı ərazilərimizdə bir dənə belə bina sağ qalmamışdır. Cənab Prezident də çıxışı zamanı vurğuladı ki, təkcə onlar tarixi və mədəni abidələrimiz məhv etməyiblər, həmçinin meşə zolağımıza da çox böyük zərbə endirmişlər. Demək olar ki, meşə zolağının 50-60 faizi erənilər tərəfindən məhv edilmişdir. Xüsusilə də, Zəngəzur Avropa məkanında çinar ağaclarının geniş yayıldığı ən böyük areal olaraq daha böyük itkilərə məruz qalmışdır. . II Qarabağ müharibəsində torqaplarımızın işğaldan azad olunmasından sonra cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə işğaldan azad olmuş torpaqlarımızda abadlıq işləri aparılır.
Belə ərazilərdən biridə Zəngilan rayonudur. Bu gün  Zəngilanda quruculuq işləri sürətlə gedir və artıq bu illəri Zəngilan Beynəlxalq Hava Limanı da işə salınacaq. Zəngəzur dəhlizinin mühüm hissəsi Zəngilan ərazisindən keçir və artıq bu istiqamətdə həm dəmir yolu xətləri, həm də avtomobil xətlərinin çəkilişi prosesi sürətlə getməkdədir. Təbii ki, bütün bu proseslər nəticəsində Zəngilan öz coğrafi və potensialına, xüsusilə də çox unikal vəziyyətinə görə beynəlxalq investisiya sırasında olan cəlbedici bir məkana çevriləcəkdir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6,5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı, eyni zamanda, filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur. Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. İnşAllah çox yaxın gələcəkdə bütün işğal altında olmuş torpaqlarımız bərpa olunacaq. Tezliklə bu yerlərdə gülüş və həyat yenidən qayıdacaq!

Ayişə Çunayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024