Mobil versiya
Mövlud Çavuşoğlu: “Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”
Tarix: 17-10-2022 | Saat: 16:03
Bölmə:Siyasət | çapa göndər

Mövlud Çavuşoğlu:

“Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqazdakı sabitlik üçün son dərəcə vacibdir”.

Nazir bildirib ki, Ermənistan-Azərbaycan əlaqələri həm də Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpasına təsir edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025