Ana Sayfa > Siyasət > Mövlud Çavuşoğlu:
Mövlud Çavuşoğlu:17-10-2022, 16:03. Yazar: sevinc1 |
![]() “Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”. aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib. “Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib. M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqazdakı sabitlik üçün son dərəcə vacibdir”. Nazir bildirib ki, Ermənistan-Azərbaycan əlaqələri həm də Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpasına təsir edir. aia.az Geri dön |