Mobil versiya
Praqa görüşü yeni perespektivlər vəd edir
Tarix: 14-10-2022 | Saat: 09:26
Bölmə:Ölkə | çapa göndər

Praqa görüşü yeni perespektivlər vəd edir

2020-ci ilin 27 sentyabrında başlayan, 44 günlük müharibədən sonra birdən-birə bütün dünyanın diqqətini Azərbaycana yönəldən Qarabağ müharibəsində qazandığımız qələbə, xüsusən Azərbaycan Ordusunun dünyaya səs salan Şuşa döyüşü dünya hərb sənətinin ən şərəfli tarixi səhifələrini yazdı.
Bütün Qafqazda fərqli geosiyasi və strateji mövqeyə malik olan Azərbaycanın qarşısında mühüm vəzifələr dayanır: düşmən əlində qalan torpaqların ölkəmizə qaytarılması və sülh imzalamaqla sərhədlərin delimitasiyası. Bu məsələlərin uğurla həlli ölkənin qarşısında duran bir çox problemləri, həmçinin Qarabağın bərpası, Naxçıana yol çəkilməsi probleminin həllini sürətləndirər. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çexiyanın pytaxtı Praqaya oktyabrın 6-dakı səfərinin, ordakı görüşün nəticələri çox uğurlu oldu. Məncə, görüşün siyasi əhəmiyyəti indiyəcən keçirilən sülh danışıqlarının hamısından daha üstündür. 10 Noyabr Bəyannaməsi 44 günlük Vətən müharibəsinə, hərbi əməliyyatlara son qoysa da, Ermənistan həmin Bəyyannmə ilə üzərinə bir sıra öhdəliklər götürsə də, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdən imtina etdi, sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışdı. 6 oktyabr görüşündə ölkə başçısı siyasi proseslərə beynəlxalq hüquq müstəvisindən yanaşaraq Ermənistana Azərbaycanın şərtlərini qəbul etdirməyi bacardı. Ermənistanın BMT-nin nizamnaməsinə uyğun bir-birinin ərazi bütövlüyünü və süverenliyini tanıyan Almatı Bəyannaməsinə sadiqliyini bildirməsini də uğurlu siyasi gedişimiz hesab etmək olar.Otuz ildən artıqdır, blokada vəziyyətində qalan Naxçıvana avtomobil yolu üçün marşurutun verilməsi məsəsləsinin müzakirəsi də görüşün uğurlarındandır. Naxçıvana dəmir yolu, avtomobil yolu çəkilməsi üçün dəfələrlə Ermənistana müraciət edilsə də, məsələnin nidiyəcən müsbət cavablandırılmaması Ermənistanın regionda sülhə mənfi, aqressiv münasibətinin təzahürüdür. Bu yolun çəkilməsinin bütün regionda kommunikasiyaların bərpasında, həmçinin Böyük İpək Yolunun tam bərpasında nə dərəcədə əhəmiyyətli olduğu məlumdur. Naxçıvana Azərbaycanın əzəli, qədim torpağı olan Mehridən keçməklə çəkiləcək yolun bərpasına çalşan dövlətlərin maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür.Görüşün uğurlu nəticələrindən biri sərhədlərin delimitasiyası, demarkasiyasının müzakirəsidir. İçi qrupunun yaradılması, komissiyanın fəaliyyəti və ardıcıl müzakirələr ümidvericidir. Bu görüşlər və Ermənistanın mövqeyi Qafqazda, Azərbaycanda uzun müddətli sülhün bərqərar olması üçün real nəticələrə gətirib çıxarar. Biz müharibə istəmədik. Heç indi də istəmirik. Müharibələr qan, ölüm, fəlakətdir. Məcbur edildiyimiz bu müharibədə çox itkilər verdik. Böyük bir bölgəmiz xarabazara çevrildi. Amma o xarabalıqların üzərində çiçəklənən bir cənnət yaratmaqda israrlıyıq. Prezident İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı bunu sübut etdi. Bölgə xalqı ümidlə gözləyir və inanır ki, Qarabağın bərpası üçün bütün imkanlardan maksimum istifadə etməklə bu iş uğurla başa çatdırılcaq. Ermənistan xudbin, qəsbkar, kinli mövqeyini kənara qoyub ən yaxın qonşusu Azərbaycanın şərtlərini qəbul etməklə özünün də çökmüş iqtisadiyyatını bərpa edə bilər. Ağıllı olsa, başqa fitnəkarların diqtəsi ilə hərəkət etməsə.

Paşayeva Həcər Adil qızı
Baş müəllim, qabaqçıl təhsil işçisi
YAP Laçın rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024