“Muğam bizim bünövrəmiz, kökümüz, damarımızda axan qanımızdır” - GÜLYANAQ MƏMMƏDOVA
Tarix: 11-10-2022 | Saat: 17:06
Bölmə:Şou-biznes | çapa göndər
“Bütün dünya musiqiləri bizim yeddi muğam musiqisi üzərində köklənib”
“O qayalıqlarda, şəhidlərimizin qanı axan yerdə addım atmaq da çox kədərlidir”
Səhnəyə çıxan gündən biz onu həmişə sadə, təvazökar, heç kimlə işi olmayan, qalmaqallardan uzaq, necə deyərlər, başını aşağı salıb öz işiylə, yaradıcılığı ilə məşğul olan, sevənlərinə ciddi əsərlər təqdim edən peşəkar sənətçi kimi tanıdıq. Xoşbəxt şair-jurnalistəm ki, onunla mənim də işbirliyim var, sözlərimə iki mahnı oxuyub. Beləliklə, müsahibimiz Azərbaycan Respublikasının, Özbəkistanın Xalq artisti, Prezident mükafatçısı, Mədəniyyət və İncəsənət Universitetinin səs müəlliməsi Gülyanaq Məmmədovadır.
- Gülyanaq xanım, ilk olaraq yaradıcılığınızdakı yeniliklərdən başlayaq. Nə kimi yeniliklər, layihələr üzərində işləyirsiniz?
- Gördüyünüz kimi, artıq iş mövsümü başladı. Yeni mövsümdə, yeni dərs ilimizdə ilk öncə hamıya uğurlar arzulayıram. Mədəniyyət və İncəsənət Universitetinə gəlib dərsimizi də izlədiniz, tələbələrimizi də gördünüz. Bu, özü də bir işdir.
Televiziya proqramlarına dəvətlər çoxdur. Yeni mahnılarım, səfərlərim var. Yenə Özbəkistana səfərim olacaq. Bilirsiniz ki, Özbəkistan Respublikasının Xalq artisti fəxri adına layiq görüldüm. Bu, fəxri ad məni çox sevindirdi. Yəni bu, uğurların ardınca çalışmaq lazımdır ki, daha da yeni layihələrimizi, mahnılarımızı üzə çıxardaq. İşləyirik, çalışırıq. Allah hamıya, bütün sənət dostlarıma cansağlığı versin ki, yeni-yeni işlərimizi ortaya qoya bilək.
Bilirsiniz, bizim işlərimiz planla deyil. Günbəgün yeni repertuar çıxır. Yeni bir iş, yeni bir çəkiliş, yeni bir dəvət. Plan üzərində qurulsa, məsələn, sizə söz versəm ki, gələcəm sizin tədbirə, bu, baş tutmayacaq. Günbəgün fikir, proqramımız dəyişilə bilir.
- İlk vaxtlar bacınız Gülyaz xanımla duet oxuyurdunuz. Sonra hərəniz ayrı-ayrılıqda solo oxumağa başladınız. Bunun ayrıca bir səbəbi var?
- Səbəb yoxdur. Bunu heç bir sözə də çevirmək lazım deyil. Biz yenə də duet oxuyuruq, yenə də bir yerdəyik. Sadəcə hər insanın özünün də ürəyindən süzülüb gələn nəğmələri var ki, onlar oxunmalıdır. Həmən onu sözə çevirirlər ki, biz duet ortağı kimi ayrılmışıq. Biz ayrılmamışıq. Bacı bacıdan ayrılar? Biz uşaqlıqdan cüt, bərabər addımlamışıq, cüt oxumuşuq və yenə də bir yerdəyik. Hər ikimiz bu universitetdə də müəlliməyik, səhnədə də bir yerdəyik. Hər ikimiz eyniyik, bacıyıq, sirdaşıq, dostuq. Bundan artıq nə deyə bilərəm? Hər mahnı duet oxunmaz. Başa düşürsünüz? İki bacı sevgili deyilik ki, sevgi haqda duetlər oxuyaq. Biz ancaq vətənpərvər mövzuda - vətənə sevgidən, birlikdən, şəhidlərimizdən oxuya bilərik, ataya, anaya sevgidən bunlar duet ola bilər. İnsanlıqdan oxuya bilərik. Ölməz bəstəkarımız Şəfiqə Axundovanın "Mehriban olaq" adlı mahnısını, "Bu dünyanı düşünün" adlı mahnısını Gülyaz bacımla duet oxumuşuq. Çoxdu belə duetlərimiz, "Sən yanımda olanda"… Mahnının sözləri duet üçün imkan verməlidir. Durub iki bacı bir-birimizə sevgidən duet oxuya bilmərik ki...
Tək repertura gəlincə, bunu tamaşaçı gözəl bilməlidir və bilir də. Mən bu gün "Sənsiz", "Elə-belə yaşadım", xalq mahnıları oxuyuram. Məsələn, "Nolaydı yarım olaydı" adlı xalq mahnısını oxuyuram. O cür mahnıları Gülyaz xanımla necə oxuyaq? O baxımdan, insanın tək repertuarı olmalıdır. Lazım gələndə dövlət tədbirlərimizdə də cütük, səhnədə də cütük. Biz ayrılmaz, mehriban bacılarıq.
- Nəğmələrinizin hər biri xalqımız tərəfindən sevilir. Öz həyatınızdan bəhs edən nəğmə oxumusunuz?
- Oxuduğum nəğmələrin hamısı elə mənim həyatımdır. Vətənə oxuduqlarımın hamısı vətənə olan sevgimdəndir. Elə bilirəm, əlimdə silah bir əsgər oluram. Şəhidlərimizə oxuduğum mahnılar, yaşadığımız anlar, ağrılarımız, acılarımızdır ki, o ağrılar, acılar nəğmələrimizə də hopub. Sevgidən oxuyuruq. Biz də insanıq, həyatda sevgini yaşamışıq. İnsan həyatı yaşaya-yaşaya sevir, sevilir. Mərhələ-mərhələ bu anları keçir. Bütün nəğmələr həyatımızda yaşadıqlarımızdır. Yaşamasan belə, özünküləşdirib qəlbdə bir kimsənin yaşadığı anı yaşamalısan nəğmələrdə. O sözlə, musiqiylə kiçik bir mahnıda 3, 4 dəqiqəlik tamaşa verməlisən. Yəni onu ortaya elə qoymalısan ki, mahnı elə-belə oxundu getdi, yox… Sənin qarşında olan tamaşaçı, dinləyici o mahnıdan zövq almalıdır. Həm sözündən, həm musiqisindən. Sözlə, musiqinin vəhdəti olmalıdır. Həm də müğənni bir mahnını obrazlı şəkildə oxumalıdır. Müğənni bir mahnıda obraz verə bilməzsə, o, məni qane etmir. Mən demirəm, aktyor kimi burda nəsə göstər, yox. Obraz içdən gəlməlidir. Səsin xarakteri ilə, bir də ürək. Ürək olmasa, boğazdan yuxarı oxumağın heç kimə lazım deyil.
- Musiqinin hər janrında oxumağı bacaran Gülyanaq Məmmədova əlində qaval haçansa tar-kamança ilə muğamlar oxuyub, lentə aldırmaq istərdi?
- Mənim ifamda muğamlar var, lentə aldırmışıq. Yenə də oxuyuruq. Əsas ixtisasımız muğamdır, peşəmiz xanəndə, muğam ifaçılığıdır. Mən bununla fəxr duyuram ki, sənətimizdə bünövrəmiz muğamla qoyulub. Biz xanəndəliyi bitirmişik. Ardından aktyorluğu da bitirmişəm ki, hərtərəfli yetişəm. Ona görə də oxuduqlarımda istər muğamın, istərsə də mahnının xarakterini verirəm. Yaşantı olmalıdır. Çünki muğam ifaçılığında da yaşantının özü olmalıdır. Hiss eləməlisən. Sözlə, melodiya ilə oynamalısan. Ona görə də hər adam muğam oxuyanda qarşısındakı insanı tərpədə bilmir. Muğam bizim bünövrəmiz, kökümüz, damarımızda axan qanımızdır. Bütün dünya musiqiləri bizim yeddi muğam musiqisi üzərində köklənib. Muğamı bilən bütün dünya musiqilərini oxuya bilər. Mən əminliklə deyirəm. Sual versinlər ki, hansı dünya ulduzunun mahnısının musiqisi hansı muğamın üstündə köklənib, mən deyim. Çünki musiqiləri də muğamla yadda saxlayırıq. Muğamı bilməyən adam dünya ulduzlarının mahnılarının nə üzərində yazıldığını bilməz. Amma muğamı bilən adam dərhal biləcək ki, "Bayatı şirazdı", "Mahur"du. Dünya musiqilərinin əksəriyyəti "Rast-mahur" üzərində köklənib. Azdır, çox azdır. Az "Bayatı şiraz" olar, onların əlavəsi də “Segah”, “Şur”, “Çahargah”, “Şüştər”, “Zabul”, “Şahnaz”, “Bayatı şiraz” - hamısı bizdə, Azərbaycandandır. Ona görə də biz çox xoşbəxtik.
Muğam ifaçılığımla da fəxr edirəm. Lentə aldıqlarım da var. “Bayatı şəms” dəsgahım, “Qatar” muğamı. Mən bugünkü gündə dəsgahları tədris edirəm. Əlbəttə, nə qədər vaxt var, zaman çərçivəsində onları yazdırmalıyıq, lentə aldırmalıyıq. Qoy onların hər biri qalsın yaddaşda.
- Bacınız Gülyaz xanımla tez-tez konsert versəniz də, amma musiqi albomlarınız işıq üzü görmür. Özünüz istəmirsiniz?
- İndiki zamanda musiqi albomu yoxdur ki, hamı “Youtube”dan qulaq asır. Hansı albomdan danışaq? Bəli, neçə il öncə heç bizim xəbərimiz olmadan mahnılarımızı yığırdılar. Bir də görürdük ki, disklərimiz əllərdə gəzir. Bəlkə mənlə məsləhətləşəydiniz, bəlkə mən heç bu mahnını yaxşı oxumamışam, bəlkə heç o mahnımın diskə salınmasını məsləhət bilməzdim... İndi hamısı “Youtube”dadır. Mahnılar “Youtube”dan flaşkarta vurulur, maşınlarda, işdə oxunur. İndi kompüter sistemidir, texnika dövrüdür. Texnologiya o qədər inkişaf edib ki, yeni albom çıxarmağa ehtiyac olmur. Disklərlə ev doludur. Bizim pulumuz ancaq disklərə - hard diskə, SD-lərə gedib. Heç onlardan istifadə etmirik. Flaşkartdan istifadə edirik. Ona da ehtiyac olmayanda mahnını telefonun yaddaşına vururuq. Efirə də gedəndə, konsertə də gedəndə telefondan istifadə edirik. Yəni texnologiya çox yüksək inkişaf edib. Bayaq dediyim kimi, o üzdən alboma ehtiyac olmur. Sadəcə, albom təzə nəğmələr üçündür. O təzə nəğmələri də hardansa tapıb qulaq asırlar.
- Səhnəyə çıxandan həmişə formadasınız. Pəhriz saxlayırsınız?
- Yox. O qədər işimiz var, ora-bura o qədər qaçırıq, vaxtım da yoxdu ki, düz əməlli, vaxtlı-vaxtında rejimlə yeyəm, içəm(Gülür). Yalan danışmağı da xoşlamıram. Bu günə qədər pəhriz saxlamamışam. Həmişə deyirlər ki, yox, ola bilməz, Gülyanaq xanım, siz pəhriz saxlayırsınız. Mən də deyirəm, inanmırsınız, yaxşı siz deyən olsun, inanmayın, pəhriz saxlayıram. Halbuki pəhriz saxlamıram.
- Bu yaxınlarda Şuşaya da getmişdiniz. Hansı təəssüratlarla qayıtdınız?
- Şuşaya getmək də çox gözəldir, təəssüratlarım da çox gözəldir. Sevinc hissi də çox yüksəkdi. O qayalıqlarda, şəhidlərimizin qanı axan yerdə addım atmaq da çox kədərlidir. Qürurvericidir ki, bəli, “Uğrunda ölən varsa, Vətən var”! Ona görə də şəhidlərimizlə də, qazilərimizlə də, əsgərlərimizlə də fəxr edirik. Vətən üçün canını fəda edən Vətən oğullarımıza Allahdan rəhmət diləyərək, onların qarşısında baş əyirəm. Ailələrinə səbr diləyirəm. Amma qələbə sevincini də onların sayəsində qazanmışıq. Bunla qürur duyuruq, fəxr edirik. Azərbaycanımızla, dövlətimizlə, əsgərlərimizlə, qazilərimizlə həmişə fəxr eləmişik.
“Hər bir qadın öncə evinin xanımı olmalıdır”
- Çox istərdim ki, ustadlarınızı da xatırlayaq. Gülyanaq Məmmədovanın əlindən tutan, bu, sənətə gətirən kim olub?
- Ustadlarımı heç vaxt unutmuram. Nəriman Əliyevin özünə və ailəsinə həyatım boyu borcluyam. Dünyasını dəyişənə qədər baş çəkmişik, ailəsinə də, özünə də. Allah rəhmət eləsin! Allah o dünyasını versin! Nəriman Əliyev muğam ustadım olub. Canəli Əkbərov universitetdə müəllimim olub. Uzun illər dahi Rəşid Behbudovla bir yerdə çalışan, sonra onun musiqi, mahnı ənənələrini davam etdirən Kamil Vəzirovun “Mahnı Teatrı”nda mahnı janrı üzrə inkişaf etməyimdə, musiqini hiss etməyimdə böyük rolu olub. Ona da Allahdan rəhmət diləyirəm.
Aktyor sənətində isə yenə də ustadım Faiq Zöhrabova öz təşəkkürlərimi bildirirəm. Ustadlarımın hamısının Allah o dünyasın versin. Hamısı dünyasını dəyişib, dörd ustadımın dördü də. Dördünə də həyatım boyu borcluyam. Mən bunu yeri gəldi-gəlmədi efirlərdə, müsahibələrimdə deyirəm, sən soruşmasan da deyəcəkdim.
- Siz həm də ölməz, böyük sənətkarımız Elçin Cəlilovla "Mahnı Teatrı"nda uzun illər bir yerdə çalışmısınız, duetləriniz var. Elçin Cəlilovu necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?
- Elçin Cəlilovla bağlı çox gözəl xatirələrim var. Elçin bəy çox gözəl ifaçı idi. Həm muğam ifaçılığında həm mahnı, estrada ifaçılığında Elçin Cəlilov doğrudan da çox gözəl sənətkar idi. Çox təəssüf ki, aramızdan tez getdi. Onunla ifalarım da çox gözəl idi. İlk uğurum da Elçin Cəlilovla duetimizlə başlayıb. Bütün ölkələrdə mən Elçin Cəlilovla duetimlə sevilməyə başladım. Nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində - 1995-ci ildə İsveçdə, Stokholm şəhərində qastrol səfərində olarkən gətirib həmin kaseti qoydular ki, biz səni bu duetlə sevirik, sənin aşiqinik. Heç həmin mahnı mənim özümdə yox idi. Yəni o qədər səs salan duet olmuşdu. Həmin çərçivədə çoxdan duet oxunmurdu. O vaxt Təranə Vəlizadə ilə Eyvazın dueti var idi, Məmmədbağır-Zöhrə dueti, Nisə Qasımovanın duetləri var idi. Yaşar Səfərovla Elmira Rəhimovanın duetləri var idi. Ondan sonra bir ara duetlər səngidi, yox idi. 90-cı illərdə - 1995-ci ildə ilk olaraq Elçin Cəlilovla duetimi Kamil Vəzirov ərsəyə gətirdi. Duetlər yaranmağa başladı. Nə qədər duet ifaçılığı inkişaf etməyə başladı. Duetlər bu gün də var. Hətta qruplar da var. Amma Elçin Cəlilovun ifaları heç vaxt xatirimdən getməyəcək. Elçin mənim üçün doğrudan da gözəl dost, gözəl sənətkar idi, illərlə bir yerdə işlədiyim sənətçi dostum olub. Allah rəhmət eləsin! Onun da üzərində Kamil Vəzirovun rolu böyük olub.
- Necə oldu ki, Özbəkistan Respublikasının Xalq artisti fəxri adına layiq görüldünüz? Gözlənilən idi, yoxsa...
- Yox, gözləmirdim. Heç ağlıma da gəlməzdi. Son illərdə Özbəkistanda çox çıxışlarım olub. Öncə mən həm Azərbaycanımızın, həm də Özbəkistanın dövlət başçılarının hər ikisinə təşəkkürümü bildirmək istəyirəm. İstər cənab İlham Əliyevə, istər cənab Şavkat Mirziyoyevə, hər iki prezidentə can sağlığı arzulayıram. Mənim sənətimə bu cür dəyər verdikləri üçün çox şanslıyam, özümü çox xoşbəxt hiss edirəm. Hər bir kəsə nəsib olmayan bu böyük ad mənə nəsib olduğu üçün, bu adı doğrultmağa çalışacam.
Son illərdə Özbəkistanda, Daşkənddə, Xarəzm vilayətində, Ürgəncdə, Termezdə, Surxandərya vilayətində bir çox tədbirlərimiz oldu. Bu yaxınlarda yenə səfərim var. Yenə də Səmərqənddə, Daşkənddə bir çox tədbirlərimiz gözlənilir. Universitetlərdə çıxışlarımız olub. Nizami Gəncəvi adına Universitetdə, Əlişir Nəvai adına Universitetdə, Jurnalist Universitetində, Dövlət kitabxanasında, bir çox Azərbaycanlıların, Özbəkistanlıların baryerlərinin açılışında çıxışlarım olub. Amma bircə şeyi qeyd etməyə bilmərəm ki, uşaqlıqdan Özbəkistan haqda arzularım yüksək olub. Bu arzularımın gerçəkləşməsində Özbəkistanda - Daşkənd şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova çox minnətdaram. Çünki Samir müəllimin sayəsində mən Özbəkistana ayaq açdım, o dövləti yaxından gördüm, sevdim. Onun rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi doğrudan da Daşkənddə gözəl çalışır, mən bunu deməyə bilmərəm. Çünki iki dövlətin arasında dostluğun, qardaşlığın, mədəniyyətin, musiqinin, ədəbiyyatın inkişafında əmək, zəhmət, sərf eləməsən bu dostluğu, birliyi, bu inkişafı ortaya qoymaq olmaz. Bu üzdən Samir Abbasovun əməyi danılmazdır. Mənim də arzularımın gerçəkləşməsində zəhməti danılmazdır. Mən bunu itirə bilmərəm, təşəkkürümü bildirmək istəyirəm.
Eyni zamanda Özbəkistanda hörmətli millət vəkilimiz Qənirə Paşayevanın təşkil etdiyiyi tədbirlərin iştirakçısı olmuşam. Yenə də onlarla birgə tədbirlərimiz gözlənilir. Onların nə qədər gözəl işlər gördüyünü öz gözlərimlə gördüm. İstər Samir müəllimdən, istərsə də Qənirə xanımdan çox şeylər öyrəndim. İşgüzarlıq, dostluq, birlik, dövlətçilik, bunların hamısının fövqündə doğrudan da yorulmadan çalışan insanlar var.
- Səhv etmirəmsə, bu yaxınlarda da Özbəkistana səfər etmişdiniz…
- Bəli, bu yaxınlarda Özbəkistan Kino Festivalına üz tutduq. Əlliyə yaxın ölkədən kino xadimləri, rejissorlar, yaradıcı insanlar iştirak edirdi. Həmin kino festivalı çərçivəsində “Azərbaycan kino günləri” də keçirilirdi ki, bizim də iki film təqdim olundu. Ayaz Salayevin "Torpaq" filmi və İlqar Nəcəfovun "Suğra və oğulları" filmi. Mən sizə deyim ki, hər iki film çox möhtəşəm, çox gözəl qarşılandı. Hər iki filmə görə göz yaşımızı yığa bilmədik. Neçə gün o filmlərin təsirindən çıxa bilmədim. Bu günə qədər də mən o filmlərin təsirindən ayrıla bilmirəm. Ayaz Salayevin filmində canlı-canlı bizim Qarabağda yaşadıqlarımız, əziyyət çəkən insanlarımızın etirafı… Digər filmdə də eyni səhnələrlə qarşılaşdıq. O film də elə Böyük Vətən Müharibəsində yenə də azərbaycanlıların yaşadıqları çirkablıqlar, zülmlərə məruz qalmaqlarından bəhs edirdi. Özbəkistanda çox gözəl filmlərimiz təqdim olundu.
- Məlum səbəblərdən konsertiniz təxirə salındı. İnşallah, Özbəkistanda konsertiniz nə vaxt reallaşacaq?
- Gülyaz xanımla Özbəkistanda konsertimiz nəzərdə tutulmuşdu. Özbəkistan saytları bunu işıqlandırmışdı. Afişalar, elanlar. Bütün bunlara rəğmən hamısını təxirə saldıq. Çünki biz bu konserti 12, 13, 15 sentyabr Kino Festivalı çərçivəsində verməliydik. Həmin ərəfədə şəhidlərimizin ağrısı, acısı bizi çox sarsıtdı, konserti təxirə saldıq. Yəqin oktyabr ayının ikinci yarısında bizim bu tədbirlərimiz yenidən baş tutacaq, inşallah. Gələcəkdə Özbəkistanda böyük konsert vermək arzusundayam. Birini də Azərbaycanda. İnşallah, nəsib olarsa bunlar haqda da fikir bildirərik.
- Hansı bəstəkarla işbirliyiniz var?
- Hal-hazırda yenə də Ruslan Səfəroğlu ilə işbirliyim var. İqbal Ağayevlə işləyirəm, dövlət universitetinin Tarix fakültəsinin rəhbəridir, çox gözəl mahnıları var. Yaqut Almazla da işbirliyim var. Faiq Sücəddinovla çox gözəl mahnımız ərsəyə gəldi - "Eşqimiz gözə gəldi". Belə mahnılarımız çoxdur. Hər təklif olunan mahnını da oxuya bilmirik. İstədiyimiz dərəcədə olmayanda oxumaq olmur.
- Sizin yolunuzu davam etdirəcəyini düşündüyünüz tələbələriniz varmı?
- Gözəl tələbələrimiz çoxdur. Hal-hazırda səhnədə oxuyan Kamilə, İlahə Nəbiyeva bacıları bizim davamçılarımızdır. Tələbələrimizin hamısı bir-birindən istedadlı, gözəldirlər. Övladın da dərsini yaxşı oxuyanı, biraz zəif oxuyanı olur, on barmağın hamısı bir olmur. İçərisində daha çox çalışqan, zəhmətkeşi, istedadlısı da, biraz tənbəli də ola bilir. Övlad da belədir. Tələbələrimin hamısı mənə övladlarım kimi əzizdir, doğmadır. Hamısından da çox razıyam. Ailələrindən gördükləri tərbiyələri, əxlaqları, mədəniyyətləri, bir də ifaları universitetdə məni qane edir.
- Gülyanaq xanım, nəslinizdən oxuyan çoxdur. Demək olar ki, hamısının səsi var. Sizin övladlarınızın necə, səsləri varmı?
- Hamısının səsləri var. Bir Fikrətdə görməmişəm. Dörd övladımdan üçündə bu istedadı aşkarlamışam. Amma qızım həkim olmaq istəyir. Oğlum idmançı olmaq istəyir. Mən isə ən balacaya biraz bel bağlamaq istəyirəm, görürəm ki, onda nəsə var. İstedadları olsa, daha da dəstək olaram, daha çox sevinərəm ki, davamçılarım var. Əlbəttə, bu sənətdə övladlarımı görmək istəyərəm. Yenə də deyirəm, istedadları olduğu təqdirdə.
- Biraz da ailə həyatından danışaq. Həyat yoldaşınız Ziya müəllim tərəfindən Sizə sənətinizlə bağlı hər hansısa qadağaları olubmu?
- Ailəm haqqında heç nə demək istəmirəm. Çünki hər şey göz önündədir. Vəssalam. Bu qədər.
- Ailə qayğıları, incəsənət universitetində müəllimə olmağınız, uşaqlara baxmağınız Sizə çətinlik yaratmır?
- Asan iş var? Çətinlik həmişə var. Bütün günü işdə, gücdə, çəkilişdə, tədbirdə, rayonlara el məclislərinə get, gəl. Hamı övladıyla istirahətə gedəndə biz bunu edə bilmirik. Bunu da danmaq olmaz. Uşaqlarımın dərsləriylə də mütəmadi məşğul ola bilmirəm. Bunun hamısı da madiyyat, xərc tələb edir. Uşaqlar üçün müəllim tutmaq, məktəbləri üçün əlavə xərclər... Onun üçün də qazanmaq lazımdır. Hər şeyin başında pul durduğu üçün el məclislərinə də üz tuturuq. Təbii ki, gündəlik təlabatımızı ödəmək üçün pul vacibdir. Geyimlərimiz, səs yazılarımız, gündəlik göz önündə olmağımız, bunların hamısı xərc tələb edir. Övladlarımızın təhsilləri də bir yandan inanılmaz xərc tələb edir.
- Gülyanaq xanım, bəs ev işləri ilə, biş-düşlə aranız necədir?
- Əla. Hər bir qadın öncə evinin xanımı olmalıdır. Mən səhnədə Xalq artistiyəm, sənətkaramsa, evimdə sadə xanımam, övladlarımın anasıyam, yoldaşımın həyat yoldaşıyam. Bişirməyi də bacarmalıyam, təmizlik işini də. Vaxt taparamsa ya səhərlər, ya da axşamlar.
- Çox sənətkarların evində köməkçisi olur. Sizin necə, köməkçiniz varmı?
- Yox, köməkçilərim yoxdur. Yenə də, sağ olsunlar, bacılarım mənə kömək edirlər.
- Sonda Sizə bir şablon sual da vermək istərdim: Bizdən gözlədiyiniz, amma vermədiyimiz sual oldumu?
- Suallarınız çoxdur. Suallar o qədər ola bilər ki, amma mənə elə gəlir suallarınız gözəl idi.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024