Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu
Tarix: 11-10-2022 | Saat: 13:56
Bölmə:Siyasət | çapa göndər

Müstəqillik qazanmasından cəmi 31 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası regionunun lider dövlətlərindən birinə çevrilib. Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır.Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır.
Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu da Azərbaycan-Avropa münasibətlərində ölkəmizin mənafeləri istiqamətinə meyilliliyin artmasına dair səsləndirilən fikirlə bağlıdır. Məsələ bundadır ki, əslində Azərbaycan-Avropa münasibətlərində dönüş Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra baş verdi. Belə ki, müharibə dövrünün ilk aylarında müəyyən qüvvələr bu savaşın nəticələrini dəyişməyə, Azərbaycanı əldə etdiyi uğurların bir qismindən imtina etməyə razı salmağa dair boş ümidlər bələyirdilər. Lakin Azərbaycan özünün hərbi zəfərini siyasi-diplomatik müstəvidə əldə etdiyi qələbələrlə möhkəmlətdi. Bu birmənalı olaraq cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin möhtəşəm təntənəsi idi. Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Avropada yeni geosiyasi vəziyyət yaranmış, Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsi son dərəcə mürəkkəb böhran vəziyyətinə düşmüşdür.Belə vəziyyətdə yeni enerji mənbələri axtarışında olan Avropa İttifaqının enerji ehtiyatları ilə zəngin, müstəqil balanslaşdırılmış xarici siyasət yürüdən, artıq uzun illərdir ki, özünü bütün əməkdaşlıq sahələrində etibarlı tərədaş kimi təsdiq etmiş Azərbaycana üzünü çevirəcəyi, saxtakar və marionet bir hökumətə malik olan Ermənistana isə arxasını çevirəcəyi gözlənilən idi.
Avropa qitəsinin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi fəaliyyət göstərən “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Azərbaycanın “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev “Avropa siyasi birliyi” Zirvə Toplantısına bilavasitə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılmışdı.
Ölkə Prezidenti oktyabrın 6-da Praqa səfərinə gedişində növbəti dəfə tarix yazdı. Praqa səfərinin önəmli nəticələri dövlət başçımızın bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlıdır. İlk növbədə Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair təklifi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında vahid müzakirə platformasının yaradılmasının vacibliyi və digər önəmli məsələlər barədə fikirlərini səsləndirərək, sülh müqaviləsi üzrə danışıqların uzun müddət davam etməməli olduğunu və mümkün qədər qısa zaman kəsiyində başa çatdırılmasının zəruriliyini vurğulayıb. Özünün siyasi iradəsini və prinsipial mövqeyini bütün mötəbər beynəlxalq tədbirlərdə birmənalı şəkildə ifadə edən dövlətimizin başçısı bu dəfə də dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinin vacibliyini qeyd edib, bu prinsipə münasibətdə seçmə üsullu yanaşmaların, başqa sözlə desək, ikili standartların kənara qoyulmasının önəmini vurğulayıb.
Keçirilən görüşlərin sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Bu Prezident İlham Əliyevin Azərbaycan adına əldə etdiyi növbəti möhtəşəm diplomatik qələbədir.
İkinci bir tərəfdən, isə artıq sərhədlərin delimitasiyası ilə bağlı da razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. Ermənistan isə Azərbaycanın öz ərazilərində apardığı bu quruculuq işlərini mümkün qədər ləngitmək məqsədilə faktiki olaraq işğal dövründə törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir. Öz çıxışında bu problemin ciddiliyini diqqət mərkəzinə çəkən möhtərəm Prezidentimiz də qeyd etdi ki, bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində apardığı işlərdə Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən biri məhz minalar məsələsidir. Vətən müharibəsinin başa çatmasından artıq iki il keçsə də, ölkəmiz hələ də ərazilərində ermənilər tərəfindən basdırılmış minalardan dolayı insan tələfatı verir. İkinci Qarabağ savaşının başa çatmasından sonra keçən iki il ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb və bu rəqəm hər həftə artır. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar və bütün beynəlxalq razılaşmalara zidd olaraq hələ də mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçırırlar. Bu, birmənalı olaraq Azərbaycana və azərbaycanlılara qarşı terror siyasətinin davam etməsi kimi qiymətləndirilməlidir. Ermənistanın bu addımları sülhə zərər gətirir. Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirmir. Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Bu təmin edilməlidir. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsində də bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.
Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu. Ən əsası isə Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alındı. Beləliklə, Praqada keçirilən tədbir Azərbaycanın növbəti diplomatik qələbəsi sayıla bilər.
Gündüz Bayramov-YAP Samux rayon təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025