Mobil versiya
Prezident İlham Əliyevin dövlət siyasətinin əsasında humanizm prinsipləri durur
Tarix: 10-10-2022 | Saat: 08:38
Bölmə:Ölkə | çapa göndər

Prezident İlham Əliyevin dövlət siyasətinin əsasında  humanizm prinsipləri durur

28 il ərzində Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. Bütün bu müddət ərzində gedən danışıqlar faktiki olaraq heç bir nəticə vermədi. Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Bütün bu illər ərzində ən çox təəssüf doğuran hallardan biri də bu idi ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Bu gün isə Azərbaycanın artıq hər hansı vasitəçiliyə ehtiyacı qalmayıb. Ölkəmiz münaqişənin həllinə nail olub və öz ərazi bütövlüyünü təmin edib.

BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumunun oktyabrın 5-də məhz Ağdamda təşkil olunması eyni zamanda həm böyük mənəvi, həm də siyasi əhəmiyyət kəsb edən bir hadisədir. “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Forumda 40-dan artıq ölkənin təmsilçilərinin iştirak etməsi bunu deməyə əsas verir ki, bu gün Cənubi Qafqazda və əlbəttə ki, məxsusi olaraq ölkəmizdə gedən proseslər beynəlxalq ictimaiyyət üçün son dərəcə böyük maraq kəsb edir. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin Milli Şəhərsalma Forumunun açılış mərasimində etdiyi çıxışında səsləndirdiyi fikirlər müstəsna əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı qeyd etdi ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif etdi və sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Ermənistanın yeganə yolu da bu prinsiplər əsasında sülh müqaviləsinin hazırlanması və imzalanması yönümündə ciddi səylər göstərməkdir. Azərbaycanın Ermənistana sülh təklif etməsi ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasında ilk növbədə humanizm prinsiplərinin durduğunu bir daha təsdiqləyir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə isə, dövlətimizn başçısı bu məqamla da bağlı qəti və birmənalı mövqeyini bir daha ifadə etdi. Həmin insanlar ölkəmizin vətəndaşlarıdır və Azərbaycan özünün daxili işləri ilə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etməyəcək. İstənilən bir müdaxilə cəhdinin qarşısını almaq üçün isə, ölkəmizin yetərincə həm siyasi nüfuzu, həm də hərbi gücü vardır.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024