Mobil versiya
Qazi və şəhid ailələrinə xüsusi qayğı Ali Baş Komandanımızın müəyyən etdiyi mütləq prioritetdir
Tarix: 26-09-2022 | Saat: 10:08
Bölmə:Seçki 2024 | çapa göndər

Qazi və şəhid ailələrinə xüsusi qayğı Ali Baş Komandanımızın müəyyən etdiyi mütləq prioritetdir

Azərbaycan xalqı öz qəhrəman övladlarını qəlbində əbədi olaraq yaşadacq və onların xatirələri əsrlər boyunca hər gün, hər saat anılacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si tarixinin Azərbaycanda Anım Günü kimi təsis edilməsi xüsusi bir anlam kəsb edir. Məsələ bundadır ki, bu gün Azərbaycan üçün sözün əsil mənasında tarixi bir qərarın qəbul edildiyi gündür. Bu gün Azərbaycan xalqının möhtəşəm Zəfər yürüşünə başladığı, bu yolda ilk addımını atdığı gündür. Şəhidlərimiz isə öz qanları bahasına bizi bu yolun sonundakı Zəfərə gətirdilər. Məhz buna görə də dövlətimizin başçısı bu sərəncamla şəhidlərimizin xatirəsinə və eyni zamanda da Vətən müharibəsinin qazilərinə və bütün iştirakçılarına ən yüksək ehtiramı ifadə edib.

2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi.

30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən bütün şəhər və kəndləri qəsdən dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları şəhərlərə və mədəniyyətə qarşı əsl genosid nümunələrinə çevirmişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, II Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi erməni qəsbkarları tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində həmçinin ətraf mühitə qarşı genosid törədilib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Vətən müharibəsinin gedişində isə Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Lakin Şanlı Azərbaycan Ordusu bütün bu cinayətlərə birdəfəlik son qoydu.

Bu gün ölkəmizdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa etdi. Artıq müharibə də, “Dağlıq Qarabağ” münaqişəsi də tarixdə qaldı. Bu gün Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və bütün dünya, o cümlədən Ermənistan və himayədarları bu reallığı nə qədər tez dərk etsələr bu, hər kəs üçün və ilk növbədə Ermənistanın özü üçün yaxşı olar. Dünyada bunu istəyənlər də, istəməyənlər də var. Lakin beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını və Qələbəsini etiraf etməyə məcbur olub. Artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də məhz Azərbaycandır. Revanşizm tendensiyaları Ermənistan dövlətçiliyinin sonunu gətirib çıxara bilər. Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Möhtrəm dövlət başçımızın dediyi kimi, bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilməlidir.

Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024