AZ RU Mobil versiya
Azərbaycan həm hərbi, həm də siyasi müstəvidə düşməni məğlub edib
Tarix: 22-09-2022 | Saat: 18:47
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan həm hərbi, həm də siyasi müstəvidə düşməni məğlub edib

Ermənistanın Qarabağda təcavüz siyasəti pik həddə çatdığından 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev erməni təxribatlarının birdəfəlik qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə əks hücum əməliyyatına başlanması barədə əmr verdi. Bu tarixi qərar 27 sentyabr gününü Azərbaycan xalqının, Azərbaycan Ordusunun Zəfər yürüşünə başlaması ilə əlamətdar etdi. 44 gün davan edən bu yürüşün sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin başını əzdi. Möhtəşəm tarixi Qələbəmiz igid Vətən övladlarının canı, qanı bahasına əldə edildi. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bu Vətən uğrunda canlarından keçmiş igidlərimizi heç zaman unutmayacağıq. Məlum olduğu kimi, 2020-ci il dekabrın 2-də Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunması barədə qərar qəbul edilib. Tezliklə paytaxtımızın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Azərbaycan öz qəhrəmanlarını heç vaxt unutmayacaq! Lakin belə faciələrin təkrar olunmaması üçün gərəkdir ki, düşmən də öz acı məğlubiyyətindən gərəkli dərsini alsın və bu dərsi heç zaman unutmasın. Əks halda isə, Azərbaycanın dəmir yumruğu erməni faşizminin başını bir daha əzə bilər!

II Qarabağ savaşının başlanması artıq çoxdan bir tarixi zərurət halını almışdı. Sadəcə olaraq, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələrək, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sonadək sınadı.

Ermənistana həm müharibədən əvvəl, həm də hərbi əməliyyatların gedişində dəfələrlə şans verildi. Şans verildi ki, nə özü belə bir faciə ilə üzləşməsin, nə də günahsız insanların qanının axmasına, insanların ölümünə səbəb olmasın. Hərbi əməliyyatlara başlandıqdan sonra bunun nə ilə nəticələnəcəyi əvvəlcədən məlum idi. Bunu isə hər kəsdən daha yaxşı məhz Prezident İlham Əliyev bilirdi. Dövlət başçısı Azərbaycanın qələbəsinə tamamilə əmin idi. Buna görə də sülh danışıqlarının bütün imkanlarının sonadək tükəldilməsi əslində məhz Ermənistana verilmiş bir şans idi. Lakin onlar bu şansdan yararlanmağı yox, hansısa sərsəm ideyaların arxasınca getməyi seçdilər. Nəticə də göz önündədir. Azərbaycan müharibəni Qələbə ilə başa çatdırdı, münaqişəni hərbi-siyasi yollarla həll etdi. Dövlət başçımızın dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı və Azərbaycanda ümumiyyətlə “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Artıq bütün dünya Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də məhz Azərbaycandır.

Prezident İlham Əliyevin Azərbaycanın hərbi əməliyyatlara başladığı gündən etibarən davamlı olaraq ermənipərəst qüvvələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri tərəfindən güclü təzyiqlərə məruz qoyulduğunu diqqətə çatdıran.
Məhz bu məqamlarda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi siyasi iradə, əzm və qətiyyət siyasi-diplomatik müstəvidə də məsələnin bizim xeyrimizə həllini təmin etdi.

İşğalın davam etdiyi 30 il ərzində bütün maraqlı qüvvələr bizi inandırmağa çalışırdılar ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Bu da əlbəttə ki, onların yürütdükləri siyasətin bir qolu idi. Həmin dövrlərdə nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Təsəvvür etmək belə çətindir ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı necə güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini söylədi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Hətta belə bir riskli məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” Azərbaycan Prezidentinə təzyiqlər müharibə dövründə daha da artdı. Faktiki olaraq Prezident İlham Əliyev eyni zamanda həm döyüş meydanında gedən hərbi əməliyyatlara rəhbərlik edir, həm də siyasi müstəvidə, informasiya cəbhəsində şəxsən döyüşürdü. Elə 44 günlük müharibənin gedişində dövlət başçımızın demək olar hər gün bir aparıcı dünya media qurumuna verdiyi müsahibələr də bu informasiya müharibəsinin bariz epizodları idi. Beləliklə, Azərbaycanın Qələbəsi həm hərbi, həm də siyasi müstəvidə təmin olundu.

Rəşad Qəhrəmanov,
Saatlı rayon Qeydiyyat şöbəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 860 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2022