AZ RU Mobil versiya
Cənab Prezidentin İlham Əliyevin sammitə dəvət olunması dövlət başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir
Tarix: 22-09-2022 | Saat: 09:53
Bölmə:Siyasət | çapa göndər

Cənab Prezidentin İlham Əliyevin sammitə dəvət olunması dövlət başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir

Azərbaycan dünya ölkələri ilə ikitərəfli münasibətlərə önəm verməklə yanaşı, beynəlxalq təşkilatlar müstəvisində də fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin, ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir. Bu, Azərbaycan Prezidentinin iyunda dövlət səfərindən sonra bu il Özbəkistana ikinci səfəridir. Bu fakt həm də ölkələrimiz arasında sıx əməkdaşlığın və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Cənab Prezidentin İlham Əliyevin sammitə dəvət olunması dövlət başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur. Bu, bir həqiqətdir ki, Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Müxtəlif kürsü və tədbirlərdə möhtərəm cənab Prezidentimizin səsləndirdiyi “….bizim sözümüz imzamız qədər etibarlı, keçərlidir…” fikirləri ölkəmizə, eləcə də dövlətimizin başçısına olan etibarı, etimadı və nüfuzu ildən-ilə daha da artırır. Qürurla qeyd etməliyik ki, Sammitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dərin məzmunlu çıxışının hər bir cümləsi mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu ifadə edirdi. Dünya əhalisinin yarıdan çoxunun və super dövlətlərin iştirak etdiyi bu Sammitdə möhtərəm Prezidentimizin çıxışı və bu çıxışda səsləndirilmiş mesajlar və vurğulanan strateji istiqamətlər ciddi diqqət və maraq doğurmaya bilməzdi. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev mükəmməl çıxışı ilə çox önəmli mesajları günün nəbzi ilə döyünən fikirlər idi. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra cənab Prezident İlham Əliyevin çox yüksək səviyyəli və uğurlu rəhbərliyi altında yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.


Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

52 485 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2022