Radikal müxalifətin milli xəyanəti
Tarix: 20-09-2022 | Saat: 09:51
Bölmə:Parlament | çapa göndər
Müxalifətin radikal qanadının yaratdığı “milli şuranın” Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyildir. “Milli şura” adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən anti-milli mahiyyət nümayiş etdirməsi bu qurumun az qala siyasi brendinə çevrilib. Əslində, onun konstruksiyası dövlətin milli maraqları anlayışı strukturunda özünə yer tapa bilməmişdir və ya bunu istəməmişdir. Azərbaycana qarşı təbliğat aparmaq “milli şuranın” təkcə siyasi taktikası deyil, həm də ideologiyasıdır. Onun siyasi fəlsəfəsində və apardığı təbliğatda müxtəlif xarici qüvvələrin anti-Azərbaycan kampaniyaları ilə oxşar cəhətlər o qədər çoxdur ki, bunları sadəcə təsadüf kimi qiymətləndirmək sadəlövhlük olardı. “Milli Şuranın” və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasi kampaniyanın vahid ideoloji-təbliğat platformadan çıxış etməsi ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra bir daha özünün təkzidbedilməz təsdiqini tapmaqdadır. Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib.
Müharibədə məğlub olan, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur edilən, ordusu tar-mar olunmuş Ermənistanın bu yönümdə əlacsız cəhdlərini bəlkə də başa düşmək olar. Lakin anti-milli müxalifətinin ünsürlərinin mahiyyət etibarilə anti-Azərbaycan dairələrin apardığı çirkin kampaniyadan heç nə ilə fərqlənməyən hərəkətlərini, böhtançı və əslində, satqın təbliğat kampaniyalarını başa düşmək heç cür mümkün deyil. Sağlam təfəkkür bu işdə acizdir. Vətən müharibəsi tarixi qələbəmizlə başa çatıb. Düşmən məğlub olub. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır.
[Saatlı rayon sakini,
Şəhid anası Vüsalə Tağıyeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər