Mobil versiya
Azərbaycan Ordusunun "Qətiyyətli cavab" əməliyyatı  və müxalifətin bu uğurlara kölgə salmaq cəhdləri.
Tarix: 17-09-2022 | Saat: 11:26
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Ordusunun "Qətiyyətli cavab" əməliyyatı  və müxalifətin bu uğurlara kölgə salmaq cəhdləri.

Ordumuz son əməliyyatlarla Ermənistan Azərbaycan sərhədində bir çox mühim strateji mövqelərə nəzarəti təmin edib. Bu isə sərhəd boyu təhlükəsiz zona yaradılması deməkdir. Müzəffər Azərbaycan Ordusu Ermənistanın törətdiyi son təxribatların qarşısını xüsusi peşəkarlıqla alıb və qətiyyətli cavab əməliyyatları ilə düşmənə layiqli dərs verilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhəd boyu bütün hərbi mövqelərini yerlə-yeksan edib, düşmən xeyli sayda canlı itki verib, dəyəri milyonlarla dollar olan texnikası dağıdılıb. Son günlər Azərbaycan dövləti Ermənistanı sülhə məcbur etmək üçün bütün zəruri addımları atır və sonadək atacaqdır. Ölkəmiz bütün sahələrdə qətiyyətli mövqe nümayiş etdirir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ordumuz son əməliyyatlarla Ermənistan Azərbaycan sərhədində bir çox mühim strateji mövqelərə nəzarəti tam təmin edib. Bu qətiyyətli qərarlar sərhəd boyu təhlükəsiz zona yaradılmasına zəmanət verir. Düşmən hər zaman olduğu kimi, yenə “özünəməxsus ustalıqla” məsuliyyətdən yayınmağa çalışır, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyir. Azərbaycan isə düşməndən fərqli olaraq öz suveren ərazilərini qoruyur və heç bir qüvvə ölkəmizi haqq işindən döndərə bilməz.

Bütün bu uğurların fonunda radikal müxalifət həmişə olduğu kimi yenədə antiazərbaycançı mövqe nümayiş etdirir. Yenə də böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmalarını gizlədə bilmirlər, qabarıq formada büruzə verirlər. Çünki, illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim məğlubiyyətə uğrayır. Onların çirkin istəklərinin tərsinə olaraq Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə öz regionumuzda yox, bütün dünya dövlətləri arasında böyük nüfuz sahibinə çevrilir. Dövlət və xalq birliyi öz müsbət nəticələrini verir. Fərqli olaraq məlum qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq bacarığında deyildir. Fəaliyyəti daha çox Azərbaycanda çaxnaşma yaratmağa köklənmiş və köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifət başqa cür davrana bilmir. Adlarını müxalifət qoymalarına baxmayaraq, əməlləri daha çox xalqa və onun formalaşdırdığı, inkişaf etdirdiyi, nüfuz qazandırdığı müstəqil dövlətə qarşı yönələn radikal qüvvələrin Azərbaycanda niyə var gücləri ilə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil. Azərbaycan xalqı radikal müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir. 

Bəylər Əliyev,
Saatlı rayon sakini Yeni
Azərbaycan Partiyasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024