Mobil versiya
Qazaxda şəhidlərlə vida mərasimləri keçrildi - FOTOLAR
Tarix: 15-09-2022 | Saat: 18:35
Bölmə:Seçki 2024 | çapa göndər

Qazaxda şəhidlərlə vida mərasimləri keçrildi


Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun Qazax rayonundan olan 3 nəfər hərbi qulluqçusu şəhid olub.

Mənfur Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Qazax rayonunun Kəmərli kəndindən olan 1993-cü il təvəllüdlü baş leytenant Kazımov Yunis Qasım oğlu, 1993-cü il təvəllüdlü baş gizir Məmmədov Azər Mustafa oğlu , Qazax rayonunun Daş Salahlı kəndindən 1994-cü il təvəllüdlü gizir Kərimov Azad Zakir oğlu ilə vida mərasimləri keçirilib .

Vida mərasimlərində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev respublikamızın müxtəlif bölgələrindən gələn nümayəndələr, idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.

Kənd qəbristanlığına aparılan müqəddəs şəhidləri yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar.Şəhidlərimizin dəfn mərasimlərində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024