Mobil versiya
“Universal” Vəkil Bürosunun ofisinin açılış mərasimi keçirilib - - FOTOLAR
Tarix: 15-09-2022 | Saat: 11:27
Bölmə:Seçki 2024 | çapa göndər

“Universal” Vəkil Bürosunun ofisinin açılış mərasimi keçirilib -

Bu gün Bakıda Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə “Universal” Vəkil Bürosunun ofisinin açılış mərasimi keçirilib.

aia.az-ın məlumatına görə, açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, deputat Aqil Abbas, vəkillər və hüquqşünaslar iştirak ediblər.

Açılışda iştirak edən qonaqlar ofis ilə tanış olublar.

Bildirilib ki, binada vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb.

A.Bağırov bildirib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkillərin sayının artırılmasında özünü büruzə verir:

“Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur. Biz çalışırıq ki, vəkilliyə qəbul imtahanı beynəlxalq standartlara cavab versin. Ölkəmizdə vəkil bürolarının sayı artıq 110-u keçib. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb”.

“Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik. Kollegiya az qurumlardandır ki, özü-özünü maliyyələşdirir. Maliyyə müstəqilliyi olmayan qurum heç vaxt müstəqil ola bilməz. Bu gün vəkilliyə gələn hüquqşünasların 80 faizi 40 yaşına qədərdir”, - deyə A.Bağırov qeyd edib.

Universal vəkil bürosunun müdiri Əlizadə Rahim Ələkbər oğlu büronun açılış tədbirində çıxış edib və büronun ümumi sahəsinin 436 kv.m, 7 vəkil otağı, Konfidensial otağı, 1 iclas otağı, Müdir otağı, 1 mühasibatlıq otağı, 1 kargüzarlıq, 1 qeydiyyat otağı, 2 lifti, ayrıca çıxış pilləkəni xüsusi vintilyasiya, isitmə soyutma sistemləri, yüksək keyfiyyətli internet, rabitə qurğusu, kompyuter və digər elektron avadanlıqları, 24 saat mühavizə sistemi ilə təchiz edilmiş geniş 30 kvm.lik və 10 kvm lik vəkil otaqları modern üslubda mebellərlə təchiz olunduğunu bildirib. Büro 4 sanuzeldən ibarət 2 küçəyə çıxışı olan böyük işıqlı binadan ibarətdir.

Büronun işçi heyəti üçün mətbəx şəraiti təmin edilmişdir.Geniş, işıqlı otaqlarda vəkillər üçün komfort şərait təmin edilmiş, konfidensial otaqlar müvəkilin dinlənilməsi üçün rahat şəraitlə təmin edilmişdir. Büroda şəhid ailələri, qazilər, hərbiçilər üçün güzəştli və ya pulsuz hüquqi xidmətlər göstərilməsi, büronun vəkillərinin həmçinin Cəlilabad şəhərində aztəminatlı şəxslərə pulsuz hüquqi yardım aksiyasındada iştirak etdiyi bildirilmişdir. Büromuz 19.04.22 tarixdə təsis edilmiş, 31.05.2022 ci il tarixində fəaliyyətə başlamışdır. Qısa zamanda müəyyən işlər görmüş kollegiyanın tədbirlərində iştirak etmişdir.

Bundan əlavə burada 180 vəkilin işləməsi üçün şərait yaradıldığını və həmçinin hazırda büroda 18 nəfər vəkilin çalışdığı barədə məlumat verilmişdi.

Tədbirdə iştirak edən qonaqlar yeni açılan büronun fəaliyyətinin uğurlu olacağına əminliklərini vurğulayıblar.

Eyni zamanda, görüş zamanı deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinlənilib, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024