Mobil versiya
Gənclərin Dendra Parka ekskursiyaları təşkil edilib - FOTOLAR
Tarix: 13-09-2022 | Saat: 12:03
Bölmə:Seçki 2024 | çapa göndər

Gənclərin Dendra Parka ekskursiyaları təşkil edilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin Dendra Parka ekskursiyaları təşkil edilib.

Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyevin iştirakı ilə Mərdəkan qəsəbəsində yerləşən Dendra Parka ekskursiya təşkil olunub.


İlk öncə bələdçi tərəfindən iştirakçılara park haqqında ətraflı məlumat verilib. Bildirilib ki, buradakı bitki kolleksiyası ən yaxşı park nümunələrindəndir. Həmçinin bu park 1895-1920-ci illərdə Azərbaycan milyonçusu Murtuza Muxtarovun şəxsi bağ həyəti olmuşdur.

Ekskursiya çərçivəsində iştirakçılar parkla tanış olub istirahət ediblər. Həmçinin onlar üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, şahmat, dama kimi yarışlar təşkil edilib və iştirakçılar fəal iştiraklarına görə sertifikat ilə təltif ediliblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024