Mobil versiya
Azərbaycan həmkarlar ittifaqları yeni perspektivlər qarşısında
Tarix: 10-09-2022 | Saat: 08:30
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan həmkarlar ittifaqları yeni perspektivlər qarşısında

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin dinamik inkişaf etdiyi bir dövrdə vətəndaşların sosial və iqtisadi mənafelərinin qorunması yalnız dövlət orqanlarının deyil, həmçinin həmkarlar ittifaqlarının da əsas işinə çevrilərək mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu gün Azərbaycan həmkarlar ittifaqlarının bu sahədə nailiyyətləri beynəlxalq təşkilatların illik hesabatlarında da öz əksini tapır və yüksək qiymətləndirilir. Həmçinin Beynəlxalq Əmək Təşkilatı da Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti ilə bağlı yüksək fikirdədir.

Məxsusi olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyətinə verilən yüksək dəyər özünün daha bir təzahürünü sentyabrın 7-də Moskvada keçirilmiş Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) IX Qurultayının gedişində tapmışdır. Belə ki, həmin Qurultayda keçirilən seçkilərin nəticəsi olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib. Məlum olduğu kimi, 2004-cü ildən AHİK-nın da üzv olduğu Ümumhəmkarlar İttifaqları Konfederasiyası hazırda MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir.

Əlbəttə ki, hörmətli Səttar Möhbalıyevə göstərilən bu böyük etimad respublikamızın bütün həmkarlar təşkilatlarının işinə verilən yüksək dəyərin göstəricisidir və biz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin bütün üzvləri, rayonumuzun bütün həmkarları hörmətli Səttar müəllimi bu münasibətlə ürəkdən təbrik edirik, ona artıq yeni vəzifəsində daha böyük nailiyyətlər diləyirik.

Alı Məmmədov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının Sabunçu rayon komitəsinin sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024