Mobil versiya
AHİK beynəlxalq müstəvidə fəaliyyətini genişləndirir
Tarix: 09-09-2022 | Saat: 18:30
Bölmə:Seçki 2024 | çapa göndər

AHİK beynəlxalq müstəvidə fəaliyyətini genişləndirir

Azərbaycanın həmkarlar ittifaqları öz missiyalarına sadiq qalaraq, dövlətimizin və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqətinə cavab olaraq vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin edilməsi sahəsində effektiv fəaliyyət göstərir, respublikamızda gerçəkləşdirilən vətəndaş cəmiyyəti quruculuğuna layiqli tövfələrini verirlər.

Bu günlərdə isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) beynəlxalq müstəvidə növbəti uğuruna imza atıb. Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Möhbalıyev qurumun vitse-prezidenti seçilib. Qeyd edək ki, ÜHİK hazırda MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. 2004-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu qurumun üzvüdür. Heç şübhəsiz AHİK sədrinin belə mötəbər vəzifəyə seçilməsi respublikamızın həmkarlar ittifaqlarının fəaliyyətinə beynəlxalq səviyyədə verilən yüksək dəyərin daha bir nümayişidir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi olaraq ÜHİK-nın vitse-prezidenti vəzifəsinə seçilməsi münasibətilə hörmətli Səttar müəllimi ürəkdən təbrik edirik, ona yeni vəzifədə Azərbaycan həmkarlar ittifaqlarının və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsi yönümündə görəcəyi işlərdə uğurlar diləyirik.


Hafiz Kərimov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının İsmayıllı rayon komitəsinin sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024