Mobil versiya
İcra Hakimiyyətindən gözəl təşəbbüs -Fotolar
Tarix: 10-09-2022 | Saat: 11:25
Bölmə:Seçki 2024 | çapa göndər

İcra Hakimiyyətindən gözəl təşəbbüs

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir. Tədbir Suraxanı Rayon Heydər Əliyev parkında keçirildi.

Qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara diqqətin və qayğının ifadəsi olan bu göürüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin səlahiyyətlərini icra edən Rasim Kazımov, rayon ərazisindəki məktəblərin direktorları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar, ziyalılar iştirak etmişlər.

Görüş Ulu Öndərin Heydər Əliyev abidəsi ziyarət edilməsi ilə başlamış və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilmişdir. Ali məktəblərə qəbulda fərqlənən gənclərə İcra Hakimiyyətinin hədiyyələri verilmişdir.

Suraxanı rayonu üzrə 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dan yuxarı bal toplayanların arasında rayonun 146 saylı məktəbin 11 a sinifinin üç şagirdi də var.

146 saylı tam orta məktəbin 11 a sinifinin şagirdləri Aytac Məmmədova, Yetər Nəbiyeva və Nicat Nəbizadə fərqlənmə attestatı ilə məzun olublar. Həmin üç nəfər qəbul imtahanında 600 baldan yuxarı nəticə göstəriblər. Şagirlərin bu uğurunda 146 saylı məktəbin 11 a sinifinin rəhbəri Cəmilə Novruzovanın əməyi böyükdür.

Gənc nəsilin zamanın tələblərinə cavab verəcək səviyyədə yetişməsində əməyi olan hər bir şəxs təşəkkürə layiqdir.

Arzuman Loğmanoğlu,

Sozcu.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024