Mobil versiya
Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Tarix: 10-09-2022 | Saat: 09:40
Bölmə:Seçki 2024 | çapa göndər

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AİA.Az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-21154" markalı nəqliyyat vasitəsinin sürücüsü Nicat Hüseynli yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib. N.Hüseynlinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024