Mobil versiya
Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTOLAR
Tarix: 09-09-2022 | Saat: 10:48
Bölmə:Seçki 2024 | çapa göndər

Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

aia.az xəbər verir ki, görüşdə millət vəkili vətəndaşları onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, əlilliyin təyin edilməsi, xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsi ilə əlaqədar yardım göstərilməsi, sosial yardımın bərpa edilməsi, vətəndaşa hüquqi dəstəyin göstərilməsi, məhəllənin abadlaşdırılması, s. bu kimi məsələlər başlıca yer almışdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024