Mobil versiya
Azərbaycanda kişi öz qızlarına qarşı əxlaqsızlıq etdi
Tarix: 09-09-2022 | Saat: 10:07
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Azərbaycanda kişi öz qızlarına qarşı əxlaqsızlıq etdi

Azərbaycanda kişi 3 qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, B.Səfərov yeniyetmə qızları - Günay, Rəna və Səmaya (hər üçünün adı şərtidir) qarşı əxlaqsızlığa əl atıb.

Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 7-nə təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024