Azərbaycanın beynəlxalq geosiyasi əhəmiyyəti getdikcə daha da artır
Tarix: 06-09-2022 | Saat: 13:20
Bölmə:Siyasət | çapa göndər

Cənubi Qafqaz regionu ölkələri və ilk növbədə məhz Azərbaycan özünün zəngin karbohidrogen resursları və əlverişli coğrafi mövqeyi ilə hər zaman aparıcı Avropa dövlətlərinin diqqətini cəlb edib. Bu gün isə artıq uzun müddətdir ki, davam edən Rusiya-Ukrayna müharibəsinin də getdikcə dərinləşməsinə səbəb olduğu enerji böhranı Avropa İttifaqını alternativ enerji mənbələrinin axtarışı ilə daha intensiv məşğul olmağa sövq edir. Təbii ki, Azərbaycan enerji sahəsində Avropa ölkələri üçün yeni tərəfdaş deyil. Artıq uzun müddətdir ki, Azərbaycan qazı üç Avropa ölkəsinə - Bolqarıstan, Yunanıstan və İtaliyaya idxal olunur. Həm də məhz İtaliya hazırda enerji sasəsində Azərbaycanla daha sıx əməkdaşlıq əlaqələrinə malik olan Avropa ölkəsidir. Bu səbəbdən ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda gedən proseslər, mövcud geosiyasi vəziyyət və xüsusən də Azərbaycanın qonşu ölkələrlə münasibətləri İtaliya ictimaiyyəti üçün xüsusi maraq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə verdiyi müsahibəsində bütün sualları ətraflı və əsaslandırılmış şəkildə cavablandırıb.
İlk növbədə möhtərəm dövlət başçımız regional vəziyyətin sülhə doğru inkişaf etdiyini vurğulayıb və bildirib ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamalarına dair razılığın əldə edilməsi bunu deməyə ciddi əsas verir. Əgər Ermənistan bundan sonra adekvat yanaşma nümayiş etdirərsə, artıq bir neçə aydan sonra sülh sazişi imzalana bilər. Bunun üçün artıq əlverişli zəmin var. Belə ki, Ermənistan hökuməti sülh müqaviləsinin bağlanması üçün zəruri olan beş əsas baza prinsipini artıq qəbul edib.
Həmçinin Azərbaycanın qonşu dövlətlərlə balanslaşdırılmış münasibətlərinə dair suala cavablandırarkən Ölkə Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanın hər bir qonşu dövlət ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyi var və bu gündəlik bütün qonşularla fərqlidir. Azərbaycan hər bir qonşusu ilə ədalətli və səmimi davranır, heç vaxt vədini pozmur. Həqiqətən də bu gün Azərbaycanın həm dostları, həm də rəqibləri yaxşı bilirlər ki, Prezident İlham Əliyevin sözünün də imzası qədər qüvvəsi var. Məhz buna görə də bu çətin geosiyasi vəziyyətdə Azərbaycan nə Rusiyadan, nə də İrandan mövqeyi ilə bağlı hər hansı mesaj almayıb. Bu mövqe isə hər bir dövlətin ərazi bütövlüyünün daim dəstəklənməsində ibarətdir və Azərbaycan ərazisinin bir hissəsi işğal altında olduğu dövrdə də, ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra da eyni mövqedədir.
Daha sonra dövlətimizin başçısı İpək Yolunun Xəzər üzərindən keçməsi ilə bağlı, zəruri infrastrukturun yaradılacağı halda ölkəmizin daha böyük kommersiya mərkəzinə çevrilməsi perspektivləri barədə danışaraq vurğuladı ki, Azərbaycan dövləti artıq bu layihə üzərində illər öncə çalışmağa başlayıb. Bu məqsədlə Xəzər dənizində ən böyük ticarət limanı məhz Azərbaycanda inşa edilib. Həmçinin Bakıda gəmiqayırma zavodu inşa olunub və bu müəssisə Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilir. Azərbaycanda yeni dəmir və avtomobil yolları tikilib. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac durmadan artır. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir.
Eyni zamanda Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və bu marşrutun başqa alternativi yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Beləliklə, Azərbaycan iki dəhliz üzərində – Cənub-Şimal və Şərq-Qərb dəhlizləri üzərində yerləşir və bu, ölkəmizin beynəlxalq geosiyasi əhəmiyyətini daha da artırır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025