Novruzəli Aslanov: “Azərbaycan Avropa İttifaqının gələcəyə dair qurduğu strateji planlarına getdikcə daha çox daxil olur”
Tarix: 03-09-2022 | Saat: 14:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün artıq birmənalı olaraq deyə bilərik ki, Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini də daxil etməyə üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri də bunu bir daha təsdiq etdi. Məlumdur ki, İtaliya Avropanın Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkədir və Azərbaycanın İtaliya ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Prezidentinin İtaliyaya bu səfəri çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması isə ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin Çernobbio Forumuna dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strategiyada Azərbaycanın mövqeyinin nəzərə alınmasının Avropa İttifaqı üçün vacibliyini göstərir: “Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevinİtaliyaya rəsmi səfər çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması və bu mötəbər tədbirdə iştirakı özü-özlüyündə xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə nəzərə almaq lazımdır ki, Mərkəz Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House – Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House – Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir. Eyni zamanda da bu beyin mərkəzi təqdim etdiyi yüksək səviyyəli beynəlxalq müzakirə platformalarında ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirməklə Avropa İttifaqı üçün əlverişli potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə xidmət edir. Bu gün Avropa üzləşdiyi böhranla əlaqədar olaraq özünə alternativ enerji mənbələri axtarışını intensivləşdirmək məcburiyyətindədir. Təbii ki, belə bir vəziyyətdə Aİ ölkələrinin diqqəti daha çox etibarlı tərəfdaş olan Azərbaycana yönəlir”, - deyə N.Aslanov bildirib.
Daha sonra deputat qeyd edib ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlığa olan maraqlarının getdikcə artmasını şərtləndirən ən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin şəxsi nüfuzudur: “Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə zəngin enerji ehtuyatlarına, təbii resurslara malik ölkələrə diqqətini yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Təbii ki, Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Təbii ki, konkret ölkəyə rəhbərlik edən dövlət başçısının həm öz ölkəsində, həm də beynəlxalq arenada nüfuzu xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 19 il ərzində Azərbaycanı stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevirməyə nail olmuşdur. Bütün bunlar əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün isə Azərbaycan Prezidentinin fəaliyyəti hər zaman olduğundan daha artıq diqqətlə izlənilir, təhlil edilir. Təsadüfi deyil ki, dövlət başçımızın Forumda çıxışından sonra moderator tərəfindən səsləndirilən ilk sual da Azərbaycanın xarici siyasəti ilə bağlı oldu. Hətta “Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir?” sualını verən moderator bundan sonra “Birsiniz ki, bu, çox çətindir” ifadəsini işlətməklə açıq-aşkar Azərbaycanın mürəkkəb regional vəziyyətdə belə böyük uğurlara nail olmasına heyranlığını da bildirdi. Bu sualı cavablandıran Ölkə Prezidenti cənab İlham Əliyev isə hər zaman olduğu kimi, Azərbaycanın mövqeyini bir daha tam aydınlığı ilə nümayiş etdirdi. “Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq... Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır”, - deyən Azərbaycan Prezidenti ölkəmizin tam müstəqil xarici siyasət yürütdüyünü və bu siyasətin əsasında ilk növbədə Azərbaycan xalqının maraq və mənafelərinin durduğunu bir daha vurğulamış oldu”, - deyə Novruzəli Aslanov sözlərini tamamlayıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2025