Mobil versiya
Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Naxçıvanda sabitliyin, tərəqqinin təmin olunmasına nail olundu
Tarix: 02-09-2022 | Saat: 12:02
Bölmə:Seçki 2024 | çapa göndər

Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Naxçıvanda sabitliyin, tərəqqinin təmin olunmasına nail olundu

Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı.
Ulu Öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.
Bütün bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması daxildir.
Yaxın tariximizə diqqət yetirdikdə görürük ki, ümummilli lider Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. Ulu Öndərimizin Azərbaycan sevgisi və ömür yolu gələcək nəsillərə bir nümunədir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, tariximizə həkk olunub.

Tahir Bayramov
Laçın Rayon Ziyalısı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024