Mobil versiya
Narkotikə görə həbs edilən meyxanaçı Cavid Sumqayıtlıdan XƏBƏR VAR
Tarix: 31-08-2022 | Saat: 15:21
Bölmə:Seçki 2024 | çapa göndər

Narkotikə görə həbs edilən meyxanaçı Cavid Sumqayıtlıdan

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum edilən Cavid Babaşov (Sumqayıtlı) barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılan iş üzrə qərar elan olunub. Hakim Elman Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti ittiham olunan şəxs barəsindəki hökmün dəyişdirilməsi üçün əsaslar olmadığı qənaətinə gəlib. Bunu nəzərə alaraq Cavid Sumqayıtlının şikayəti rədd edilib.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Cavid Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavid Babaşov Cavid Sumqayıtlı adı ilə məşhur olan meyxanaçıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024