Mobil versiya
Göygöl rayonunda Vətən müharibəsi şəhidi Ruslan Binnətovun doğum günündə xatirəsi anılıb - FOTOLAR
Tarix: 22-08-2022 | Saat: 15:55
Bölmə:Seçki 2024 | çapa göndər

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Ruslan Binnətovun doğum günündə xatirəsi anılıb

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Ruslan Binnətovun doğum günündə xatirəsi anılıb.


aia.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Ruslan Binnətovun Qırıqlı kənd Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunub.

Sonra şəhid Ruslan Binnətovun yaşadığı Haçaqaya kəndində inşa olunmuş şəhidlər bulağının açılışı olmuşdur. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vətən övladlarının qəhrəmanlıqları hesabına torpaqlarımızın azad olunduğunu vurğulayaraq, Ruslan Binnətovun döyüş yolundan söhbət açıb, xalqımıza “Qalib xalq” adını bəxş edən şəhidlərin gələcək nəsillərə örnək olduğunu, şəhid ailələrinin ən yüksək diqqətə layiq olmaqla, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Məktəblilər və körpələr evi-uşaq bağçasının fidanları tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhidin yaşadığı evə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar və YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin atasına təqdim olunub. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024