Mobil versiya
Xəzər rayonunda "Narkomaniya və erkən nigah" mövzusunda seminar keçirilib - FOTOLAR
Tarix: 17-08-2022 | Saat: 23:51
Bölmə:Cəmiyyət | çapa göndər

Xəzər rayonunda "Narkomaniya və erkən nigah" mövzusunda  seminar keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Cırtdan" Respublika Uşaq və İstirahət Mərkəzində "Narkomaniya və erkən nigah" mövzusunda maarifləndirici seminar keçirilib.

AİA.Az xəbər verir ki, tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DK İQ məsul əməkdaşı Vasif Quliyev, AQUPDK Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Səhraya Əzizova və bir qrup gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər tədbir iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışdılar.

Həmçinin tədbirdə narkomaniya ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verildi.

Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırıldı və mövzu ətrafında fikir mübadiləsi aparıldı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024