Mobil versiya
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri Bərdə rayon Heydər Əliyev Mərkəzində ekskursiya formasında keçirilmişdir. - FOTOLAR
Tarix: 17-08-2022 | Saat: 21:06
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri Bərdə rayon Heydər Əliyev Mərkəzində ekskursiya formasında keçirilmişdir.

AİA.Az xəbər veri ki, YAP Bərdə rayon təşkilatı təbliğat qurupunun üzvü, Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova 17 avqust 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil etmişdir. Ekskursiyada Bərdə rayon Mədəniyyət Sarayının, Bərdə Dövlət Rəsm Qalereyasının, Bərdə şəhər 2 saylı klubun, Bərdə şəhər 4 saylı kitabxananın, Bərdə GİKM-nin nümayəndələri iştirak etmişlər. Ekspozisiya zalında A. Əhmədova Ulu Öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti barədə məlumat verdi. A. Əhmədova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təhsil, mədəniyyət, ordu quruculuğu, iqtisadiyyatın inkişafı, xarici siyasət sahəsində fəaliyyəti və uzaqgörənliyi bugünkü Azərbaycanın bünövrəsini təşkil edir.

A.Əhmədova Heydər Əliyevin Bərdə rayonuna səfərləri və əmək adamları ilə görüşləri barədə geniş məlumat verdi, həmçinin Ulu Öndərin rayonumuza olan gözəl münasibətindən ürək dolusu danışdı. Ulu Öndərin "İş otağı" ilə tanışlıq ziyarətçilərdə kövrək hisslər yaratdı.
Ekspozisiya zalında möhtərəm Prezidentimiz İlham Əliyevin Bərdə rayonuna səfərlərini əks etdirən stend qarşısında çıxış edərək A.Əhmədova Ulu Öndər Heydər Əliyev ideyalarının bütün sahələrdə uğurla davam etdirilməsindən danışmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024