AZ RU Mobil versiya
Çempionlar Liqası: "Qarabağ" bu gün pley-off oyununa çıxacaq
Tarix: 17-08-2022 | Saat: 08:29
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqası:

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

aia.az matc.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Tarixində bir dəfə - 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş "Qarabağ", həmin uğuru təkrarlamaq niyyətindədir. Pley-off mərhələsinədək Polşanın "Lex", İsveçrənin "Sürix" və Macarıstanın "Ferentsvaroş" komandalarını mübarizədən kənarlaşdıran Azərbaycan çempionu üçün indi sadəcə, son, həlledici addımı atmaq qalıb. Bunun üçün isə Bakıdakı ilk oyunda maksimum yaxşı nəticə qazanmaq vacibdir.

Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunu
17 avqust

20:45. Qarabağ - Viktoriya (Plzen)
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5120 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə