Mobil versiya
Arvadı ilə dalaşdı, oğlunu ülgüclə DOĞRADI
Tarix: 16-08-2022 | Saat: 11:12
Bölmə:Seçki 2024 | çapa göndər

Arvadı ilə dalaşdı, oğlunu ülgüclə

Bakıda kişi arvadı ilə mübahisə edib, oğluna xəsarət yetirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə iyul ayının 12-sində paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Nazim Hacıyevlə (bütün ad-soyadlar şərtidir) arvadı Rüxsarə Hacıyeva arasında birlikdə yaşadıqları evdə münaqişə baş verib.

Münaqişəyə oğlu Rasim Hacıyev müdaxilə edib. R.Hacıyev atası N.Hacıyevə anası ilə dalaşdığına görə etiraz edib. Nəticədə ata və oğul arasında da mübahisə yaranıb. N.Hacıyev oğluna ülgüclə xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024