Mobil versiya
İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var
Tarix: 15-08-2022 | Saat: 09:59
Bölmə:Cəmiyyət | çapa göndər

İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

İsmayıllı rayonda minik avtomobili ilə yük maşını toqquşub, ölən var.

aia.az "Report"a istinadən bildirir ki, hadisə avqustun 14-ü saat 13:50-də rayonun Ruşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun İsmayıllı kəndində yaşayan, 1970-ci il təvəllüdlü Əsədov Hafis Sabir oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə qarşı tərəfdən hərəkət edən rayonun Ruşan kəndində yaşayan, 1967-ci il təvəllüdlü Fəhradov Mürsəl Xıdırnəbi oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobilin sürücüsü H.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanılıb, istintaqı aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024