Mobil versiya
“Beynəlxalq Gənclər günü” münasibəti ilə onlayn videokonfrans keçirilib - FOTOLAR
Tarix: 12-08-2022 | Saat: 17:41
Bölmə:Cəmiyyət | çapa göndər

“Beynəlxalq Gənclər günü” münasibəti ilə onlayn videokonfrans keçirilib

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsi və “Gənclərlə iş üzrə komissiya”nın birgə təşkilatçılığı ilə 12 avqust “Beynəlxalq Gənclər günü” münasibəti ilə onlayn videokonfrans keçirildi.

aia.az xəbər verir ki, tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin xidmət əhatəsində olan təşkilatlarda çalışan gənc ittifaq üzvləri, Şəki Gənclər İdman Idarəsinin rəisi Daşqın Mikayılov, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri iştirak etmişlər. Konfransı giriş sözü ilə MİHİ Şəki rayon Komitəsinin sədri Rəhman Məmmədov açaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək Allahdan onlara rəhmət dilədi və çıxışını davam etdi. 1998-ci il 12 avqust tarixində Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12 –nin dünyada “Beynəlxalq Gənclər Günü” kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Eyni zamanda həmkarlar təşkilatında gənclərin rolundan dövlətimiz tərəfindən gənclərə göstərilən qayğıdan, danışdı. Daha sonra konfransda çıxış üçün söz Şəki Gənclər İdman Idarəsinin rəisi Daşqın Mikayılova, MİHİ Şəki rayon komitəsinin təlimatçısı və “Gənclərlə iş üzrə komissiyası”nın sədri Nəzakət Əliyevaya, Şəki Heydər Əliyev Mərkəzinin bələdçisi Xuraman Səmədovaya, Şəki 4 saylı uşaq musiqi məktəbinin həmkarlar təşkilatının sədri Sadiq Mustafayevə və “Əməyin mühafizə komissiyası”nın sədri Rövzət Hacızəkəryəyevə söz verildi. Onlar da öz çıxışlarında bildirdilər ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycan gəncləridir. Sonda MİHİ Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov gənclərə gələcək həyatlarında uğurlar diləyərək konfransa yekun vurdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024