Mobil versiya
Bərdə rayonunda tədbir keçirilib - FOTOLAR
Tarix: 03-08-2022 | Saat: 17:10
Bölmə:Cəmiyyət | çapa göndər

Bərdə rayonunda tədbir keçirilib

AİA.Az xəbər verir ki,2 avqust 2022-ci il tarixində Bərdə rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Vəfa Məmmədova, Aysel Ramazanova, Sənan Rəsulov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Yusif Əhədi, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Rövşən Abdullayev, Azərsu ASC-nin əməkdaşı Nizami Osmanov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşı Əliağa Əzizov və rayonun digər əlaqədar qurumları həmçinin fermerlərin birgə iştirakı ilə Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı görüş keçirilmişdir.Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış və möhtərəm cənab Prezidentin digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də apardığı uğurlu siyasətin nəticələri barədə məlumat vermişdir. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024