Rusiya razılaşmanı pozmaq üçün təxribat törədə bilər - ABŞ nədən narahatdır?
Tarix: 25-07-2022 | Saat: 12:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

"İstanbulda imzalanan taxıl anlaşması hər tərəf üçün faydalıdır. Rusiya Ukrayna taxılına dünya bazarlarına keçid imkanı verməklə müharibə ilə yanaşı qarşı tərəflə danışıqlardan və razılaşmalardan da imtina etmədiyini göstərdi".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, taxın anlaşması Rusiya ilə Ukrayna arasında başqa anlaşmalara da yol aça bilər:
"Ukrayna İstanbul razılaşmasıyla taxılını dünya bazarına çıxarır və ölkə üçün indiki ağır vəziyyətdə lazımi valyuta əldə edir. Danışıqların üçüncü tərəfi olan BMT razılaşma ilə azalan nüfuzunu bərpa etməyə çalışdı. Nəhayət son aylarda razılaşmanın əldə edilməsi üçün hamıdan çox çalışan Türkiyə bölgədə onun iştirakı olmadan heç bir problemin həll olunmadığını və Ankaranın vasitəçiliyinə ehtiyac olduğunu sübut etdi.
Buna baxmayaraq, razılaşmanın müddəti 3 aydır, uzadıla bilər. Ancaq Rusiyadan istənilən təxribat gözləmək mümkündür. Doğrudur, prosesə nəzarət məqsədilə İstanbulda ortaq mərkəz fəaliyyət göstərəcək. Mərkəz taxıl daşıyan gəmilərin təhlükəsiz hərəkətinə nəzarət edəcək. Əgər taxıl anlaşması uğurla həyata keçirilərsə, müharibə başlayandan bu yana Rusiya ilə Ukrayna arasında yerinə yetirilən ilk uğurlu saziş olacaq. Bu başlanğıc olaraq başqa anlaşmalara da yol aça bilər, yetər ki, Kreml bu müharibədən çıxmaq üçün danışıqlara hazır olsun. Hər halda Ankara bu istiqamətdə də təşəbbüslərini davam etdirəcək.
Vaşinqton isə Türkiyə, BMT, Ukrayna və Rusiya təmsilçiləri ilə İstanbulda imzalanan taxıl anlaşmasını sözdə dəstəkləsə də, əsl həqiqətdə Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır. Çünki bu vasitəçilik Türkiyənin bölgədəki rolunu və gücünü artırır. Bu isə Türkiyənin "soyuq müharibə" illərindəki müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun deyil. Kiyevlə Moskva arasında vasitəçi Yunanıstan olsaydı Vaşinqton həm sözdə, həm də əməldə Afinanı dəstəkləyərdi. Ancaq Yunanıstanın bölgədə çəkisi yoxdur, üstəgəl Rusiya bu dövləti "qeyri-dost dövlətlər" siyahısına əlavə edib".
Təhməz Əsədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025