Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi beynəlxalq hüququn təməl prinsiplərinin qorunması istiqamətində atılmış mühüm addımdır
Tarix: 04-07-2022 | Saat: 18:02
Bölmə:Siyasət | çapa göndər

Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka daxil olmadıqlarını bəyan etmiş 120 dövlətin üzv olduğu, həmçinin daha 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Həm də bu qurum BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatıdır. Bu da məlumdur ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində atılmış ilk əhəmiyyətli addım olub. Məhz bu tarixi hadisədən 6 il sonra, 1961-ci ildə Belqradda Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Bandunq prinsipləri ölkəmzin xarici siyasətində müəyyən edilmiş prioritetlərə tam cavab verdiyinə görə Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub. 2019-cu il oktyabrın 25-26-da isə Hərəkatın XVIII Zirvə Görüşü artıq Bakıda keçirildi və məhz bu görüşdə quruma 2019-2022-ci illər üçün sədrliyin Azərbaycana verilməsinə dair yekdil qərar qəbul edildi.
Bütün bu illər ərzində Azərbaycan istər təşkilatın üzvlərindən biri olaraq, istəsə də Hərəkata sədrlik etdiyi indiki dövrdə hər zaman aktual təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin hər biri Hərəkatın daha da güclənməsinə, nüfuzunun artmasına gətirib. Məhz elə buna görə də Azərbaycanın bu mötəbər təşkilata sədrliyi üzvlərin yekdil qərarı ilə 2023-cü ilin sonunadək uzadılıb. Əlbəttə ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdən danışarkən ilk növbədə qeyd olunmalıdır ki, bu məsuliyyətli vəzifənin ilk illəri COVİD-19 pandemiyasının dünyada tüğyan etdiyi zamana təsadüf edib. Məhz belə bir dönəmdə Qoşulmama Hərəkatı kimi böyük bir təsisata sədrlik etmək sözsüz ki, son dərəcə çətin və məsuliyyətli bir vəzifə idi. Lakin Azərbaycan bu çətinliyin öhdəsindən ləyaqətlə gəldi. Etiraf olunmalıdır ki, Azərbaycan hər zaman öz humanitar missiyasını yüksək məsuliyyətlə icra edən çox az ölkələrdən biri olub. O cümlədən, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan COVİD-19-la mübarizəyə dünya miqyasında mühüm töhfələr verib. Pandemiya dövründə Azərbaycan köməyə ehtiyacı olan ölkələrə maddi və tibbi yardımların göstərilməsi məqsədilə bilavasitə ÜST-ə 10 milyon dollar məbləğində vəsait ödəyib ki, bunun da yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Həmçinin 30-dan artıq ölkəyə bu məqsədlə birbaşa yardımlar göndərilib. COVİD-19-la mübarizəyə həsr olunmuş bütün beynəlxalq toplantılarda Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bizim üçün insanların sağlamlığı hər şeydən üstündür. Həmçinin 2020-ci ilin may ayında videoformatında keçirilmiş Qoşulmama Hərəkatının konfransında etdiyi çıxışında da Prezident İlham Əliyev COVİD-19-a qarşı beynəlxalq mübarizəni gücləndirməyin və bu virusa qarşı vaksin icad olunduqdan sonra həmin vaksinin dünyada ədalətli şəkildə bölgüsünün təşkilinin vacibliyini qeyd etmişdi. Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu.
Cari ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı da əslində Azərbaycanın irəli sürdüyü növbəti təşəbbüslərdən birinin reallaşması idi. Hərəkatın institusional əsaslarının möhkəmləndirilməsini nəzərdə tutan bu təşəbbüs də böyük rəğbətlə qarşılandı. Bakı konfransında çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, əgər Qoşulmama Hərəkatının təşviq etdiyi “Bandunq prinsipləri”nə bütün dövlətlər tərəfindən əməl olunsaydı, bu zaman dünyada müharibələr, silahlı münaqişələr də olmazdı. Lakin təəssüflər olsun ki, bu belə deyil. Məlumdur ki, Azərbaycan özü də Ermənistanın yürütdüyü işğalçı siyasət ucbatından 30 il ərazilərinin 20%-dən məhrum durumda olmuşdur. Dünyada hələ də tətbiq olunan ikili standartlar siyasəti isə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini əngəlləmişdir. Məhz bu səbəbdən, münaqişənin sülh yolu ilə həlli imkanları tam tükəndikdən sonra Azərbaycan yeganə mümkün variant olan hərbi yolla məsələni həll etdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində davam edən və Azərbaycanın tarixi Qələbəsilə başa çatan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın işğalçı ordusu darmadağın edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Öz çıxışında dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir və münaqişəsinin həll olunması beynəlxalq hüququn təməl prinsiplərinin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025