Mobil versiya
Jurnalistlər üçün vergi sistemi mövzusunda təlim keçirildi
Tarix: 01-07-2022 | Saat: 12:22
Bölmə:Gündəm | çapa göndər

Jurnalistlər üçün vergi sistemi mövzusunda təlim keçirildi

Medianın İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub.

Medianın İnkişafı Agentliyindən aia.az-a verilən məlumata görə, təlimdə 30-a yaxın media nümayəndəsi iştirak edib.

“Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar ediblər.

Tədbirdə təlim iştirakçılarına büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verilib, müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva media nümayəndələrinə sertifikatlar təqdim ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024