Mobil versiya
Erməni ekspert: "Azərbaycan iyun ayında müharibəyə başlayacaq, çünki..."
Tarix: 19-05-2016 | Saat: 15:52
Bölmə:Gündəm | çapa göndər




"Düşünürəm ki, yayda Azərbaycan müharibəyə başlayacaq, amma bu hərbi əməliyyat genişmiqyaslı olmayacaq".

Aia.az-in məlumatına görə, bunu hərbi ekspert Ara Papyan jurnalistlərlə görüşdə bildirib. Onun sözlərinə görə, 17 – 18 iyunda Azərbaycanda "Formula-1" yarışı keçirəcək və 7 – 8 iyulda Vaşinqtonda NATO-un sammiti gözlənilir:

"Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsini sammitin gündəliyinə sala bilmək üçün müharibəyə başlayacaq. Biz "Formula-1"in keçirməsində Azərbaycana mane olmayacağıq, amma onlar Ermənistana Roma Papasının səfərinə mane olacaqlar", - deyə Papyan söyləyib.

Onun sözlərinə görə, Azərbaycan erməni tərəfinə sarsıdıcı zərbələr vurmaq üçün 3-4 günlük müharibə edəcək: "Rusiya üçün müharibə, Qarabağı Azərbaycana vermək və beləliklə bu ölkəni Avrasiya İqtisadi İttifaqına daxil etmək üçün əla fürsətdir. Rusiyanın digər bir hədəfi Ermənistanı özünə daha çox bağlı saxlamaqdır", - deyə Ara Papyan qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024