Ana Sayfa > Gündəm > Erməni ekspert: "Azərbaycan iyun ayında müharibəyə başlayacaq, çünki..."
Erməni ekspert: "Azərbaycan iyun ayında müharibəyə başlayacaq, çünki..."19-05-2016, 15:52. Yazar: admin |
"Düşünürəm ki, yayda Azərbaycan müharibəyə başlayacaq, amma bu hərbi əməliyyat genişmiqyaslı olmayacaq". Aia.az-in məlumatına görə, bunu hərbi ekspert Ara Papyan jurnalistlərlə görüşdə bildirib. Onun sözlərinə görə, 17 – 18 iyunda Azərbaycanda "Formula-1" yarışı keçirəcək və 7 – 8 iyulda Vaşinqtonda NATO-un sammiti gözlənilir: "Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsini sammitin gündəliyinə sala bilmək üçün müharibəyə başlayacaq. Biz "Formula-1"in keçirməsində Azərbaycana mane olmayacağıq, amma onlar Ermənistana Roma Papasının səfərinə mane olacaqlar", - deyə Papyan söyləyib. Onun sözlərinə görə, Azərbaycan erməni tərəfinə sarsıdıcı zərbələr vurmaq üçün 3-4 günlük müharibə edəcək: "Rusiya üçün müharibə, Qarabağı Azərbaycana vermək və beləliklə bu ölkəni Avrasiya İqtisadi İttifaqına daxil etmək üçün əla fürsətdir. Rusiyanın digər bir hədəfi Ermənistanı özünə daha çox bağlı saxlamaqdır", - deyə Ara Papyan qeyd edib. Geri dön |