Mobil versiya
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir
Tarix: 21-06-2022 | Saat: 16:34
Bölmə:Seçki 2024 | çapa göndər

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

21 iyun 2022-ci il, Bakı – “Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edir.

1 iyul tarixindən etibarən bu istiqamətə və geriyə uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Buta Airways” aviaşirkətinin Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir.

“Buta Airways” aviaşirkətinin Rusiyaya planlaşdırılan bütün reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/azerbaijan.

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024