Mobil versiya
Göygöl rayonunda Vətən müharibəsi şəhidi Həsən Bayramovun doğum günündə xatirəsi anılıb - FOTOLAR
Tarix: 17-06-2022 | Saat: 19:15
Bölmə:Seçki 2024 | çapa göndər

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Həsən Bayramovun doğum günündə xatirəsi anılıb

AİA.Az xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon İcra Hakimiyyətinin əməkdaşı Sadiq Abbaszadə, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov, Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin nümayəndəsi Orxan Seyidov, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Həsən Bayramovun doğum günü münasibətilə Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmişlər.

Ziyarət zamanı şəhid Həsən Bayramovun döyüşlərdə göstərdiyi şucaətdən söhbət açılmış, məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.Görüş zamanı Vüqar İsayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini,onların gələcək nəsillərə örnək olduğunu söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim olunmuşdur. Şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024