Mobil versiya
Şuşa bəyannaməsi qardaşlıq və dostluğun siyasi təntənəsidir
Tarix: 13-06-2022 | Saat: 18:56
Bölmə:Seçki 2024 | çapa göndər

Şuşa bəyannaməsi qardaşlıq və dostluğun siyasi təntənəsidir

İyunun 15-i Azərbaycan tarixində çox mühüm və əlamətdar günlərdən biridir.qurtuluş gününə təsadüf edən bu gündə Azərbaycan traixində ilk dəfə 15 iyun 2021-ci ildə Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.Və bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Və Ulu Öndərin unudulmaz: “Bir millət, iki dövlət” sözləri daim öz təsdiqini bir daha tapmış oldu.

Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edən Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutur.

Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır;əhatəli sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, həmin ərazilərdə tarixən yaşamış soydaşlarımızın ərazilərə qayıtması məqsədilə normal infrastrukturun yaradılması üçün lazımi bütün işlərin görülməsi barədə daim tərəflər arasında müzakirələrin aparılacağı və bu sahədə fəaliyyətin dəstəklənəcəyi də qeyd olunmuşdur.Bu gün Qarabağda gedən proseslər, tikinti-quruculuq işlərinin geniş vüsət alması qeyd edilənlərin bariz nümunəsidir.
Tərəflər, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlərə, ərazi bütövlüyünə, müstəqillik və suverenliyə, təhlükəsizliyə üçüncü bir dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz təhlükəsi olduğu halda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklərini və aparacaqları müzakirələrə uyğun olaraq müdafiə ehtiyacının ödənilməsi üçün silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunacağını qeyd etmişlər.

Məlum olduğu kimi Zəngəzur dəhlizi təkcə nəqliyyat komunikasiya baxımından deyil, həm də geosiyasi və iqtisadi əhəmiyyətə baxımından dəyərləndirilir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Beləliklə də Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik, dostluq və qardaşlığın siyasi təntənəsidir.

Ceyhun Cahangirov
Goranboy rayony, Hakim Cəfərov adına Quşçular kənd tam orta
məktəbinin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024